Icma.az
close
up
RU
Şamaxının investisiya cəlbediciliyinin artırılması çərçivəsində biznes forum keçirilib

Şamaxının investisiya cəlbediciliyinin artırılması çərçivəsində biznes forum keçirilib

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Elm və Təhsil Nazilriliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının və “Marsol Group”un rəhbəri Tural Mustafayev regionların və sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, Şamaxının biznes potensialı və bölgəyə investisiya qoyuluşu imkanları barədə fikirlərini bölüşüblər.

Tədbirdə İqtisadiyyat İnstitutunun bu il həyata keçirdiyi "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Şamaxı rayonuna özəl investisiya cəlb edilməsi imkanlarının araşdırılması, rayona sərmayə qoyuluşunun artırılması üçün təşviq və dəstək mexanizmlərinin hazırlanması olub. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensiali, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud vəziyyət təhlil edilib, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Həmçinin, layihə çərçivəsində yerli sahibkarlarla görüşlər təşkil olunub, bir sıra dövlət qurumları, ekspertlər və KOBİA ilə əməkdaşlıq edilib.

Biznes forum zamanı məlumat verilib ki, tədqiqat Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionları üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlarının açılmasında, istehsalın artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər. Araşdırmanın nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi üzrə konsepsiya hazırlanıb. Bununla yanaşı, KOB klasterlərin yaradılması, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarların genişləndirilməsi, sənaye məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə təkliflər verilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri