Icma.az
close
up
RU
Samir Abasov: “Burda bunu deməyəcəm”

Samir Abasov: “Burda bunu deməyəcəm”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XVIII turunun "Turan Tovuz" - "Neftçi" matçından (1:1) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

"Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol gəlib bizi dəstəklədilər. Birinci hissədə rahat idik, oyunu idarə edirdik. İkinci yarıda gözlədiyimiz epizoddan qol buraxdıq. Ozobiç və Boqomolksinin yorulması öz sözünü dedi. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Futbolçularım mübarizə apardı. Burada hər rəqib çətinlik çəkir. 10-12 günlük istirahətə gedirik. Buna ehtiyacımız var." 

- Ervin Koffini mərkəzdə oynatmağı əvvəlcədən planlaşdırmışdız?
- Xeyr, əvvəldən planlaşdırmamışdıq. Amma məşqdə bir az üzərində işləmişdik. Həmin mövqenin oyunçularını olmaması təsirsiz ötüşmür. 

- Qoldan başqa "Neftçi"nin təhlükəli epizodu olmadı. Əzəmətli futbol oynamaq üçün nə çatmır?
- Şəxslər üzərində danışmayacam. Mən burda bunu deməyəcəm. Hər şey nəzarətimiz altındadır. Oyunu otuzdurmaq üçün zaman lazımdır. Bizim üçün hələ ki, prioritet nəticədir. Digər komandalar dəhşət futbol oynayır, tək "Neftçi" oynamır demək düzgün deyil.

- Qışdan sonra çətinliklərin arxada qalacağını düşünmək olar?
- Yaya kimi çətinliklər çəkəcəyik. Qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Bəzi futbolçular uduzmaqdan qorxur. Yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik.

- Qışda komandadan gedən olacaq?
- İndi bunu demək yersiz olar. Transferlərin üzərində işləyirik. Gücləndirməli olduğumuz mövqelər var. Amma qışda transfer etmək çətindir. Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik.

- Dominant "Neftçi"ni nə vaxt görəcəyik?
- Martın 22-si (gülür). Nə deyim sizə?

- Kilan Lebonun performansının aşağı düşməsi nə ilə bağlıdır?
- Bütün futbolçular bizimlə Tovuza gəlmişdi. Çünki çox vacib matç idi. Oynamamağı zədə səbəbindəndir. Tək Lebonu deməzdim, komanda şəklində yaxşı deyilik.

Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür" Abdullahi Şuaybu: "Məqsədimiz hər kəsə bəllidir" Azər Bağırov: “Buna görə heyfslənirik” Vaqif Cavadov: "Neftçi" kimi klubun bizim oyunçuları istəməsi xoşdur” Tovuzda qolsuz "sülh" - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Dekabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri