Icma.az
close
up
RU
Samir Abasov: Söylədiklərinizin arxasında nələrsə gizlənir

Samir Abasov: Söylədiklərinizin arxasında nələrsə gizlənir

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qalib gəlməyi çox istəyirdik. Milli pauza əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatçılıq o idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol göstərib, yaxşı hücumlar etdik. İkinci hissə oyunun tələbəi dəyişdi. Futbolçular bundan da üzüağ çıxdı. Mübarizəni sona kimi apardılar. Bu gün üç xal çox önəmlidir. Çempionatdan qopmamaq üçün, bunun da öhdəsindən gəldik".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Belə fasilələr bəzi komandaların xeyrinə, bəzilərinin əksinə olur. "Neftçi" üçün necə?

- Hər tərəfdən baxmaq lazımdır. Emin Mahmudov kimi oyunçumuz zədəlidir. Digərləri də var ki, uzun müddətdir zədəlidir. Onların qayıdışı üçün kömək olacaq. İnanmıram ki, heç bir komanda bu qədər pauzaya razı olsun. Pauzadan gəldikdən sonra sanki birinci dəfə oyuna başlamış kimi olursan. 

- "Neftçi" mövsümün sonunda hədəfinə çata bilməsə, istefa verəcəksiz?

- İstefa verməliyəm?

- Avrokuboklara yollana bilməsəz, yerinə düşər...

- Komandanı beş xalla götürmüşdük, 9 oyuna qələbə qazanmamışdıq. Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir? Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik. Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq. İstefaya səbəbdirsə...Söylədiklərinizin arxasında nələrsə gizlənir. Beş oyun udursan, deyilər məşqçi həmkarı ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq. Öz işimizi canla-başla rahatıq. İstefa? Niyə mövzü çıxarırsız?Çempionata 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiz?

- Hazırda komandada bəzi legionerlər var. Darbo, Yeqor Boqomolski, Alfa Konte, Rafael Quzzo. Bu cür legionerlərlə "Neftçi" istəyinə çata bilər?

- Yeni mövsümdə nələr olacaqsa, bunu yeni mövsümdən danışacağıq. Bu gün futbolçuların adlarını çəkərək danışmaq yersizdir. Ən azından bilirik ki, ilin axırına kimi bu futbolçularla yolumuza davam etməliyik. Hansından keyfiyyət ala bilmiriksə, onun başqa yönlərindən bunu istəməliyik. Bizdən öndə gedən komandaların içində də, vuruşmaqla, mübarizə aparmaqla yuxarı pillələrə qalxan klublar var. Gələndə bilirdik ki, bu futbolçularla davam edəcəyik. Əlbəttə ki, elə mövqelər var ki, həmin mövqelərə istədiyim tiplərin olması vacibdir. Çalışacağıq ki, müqaviləm olduğu dövrdə o cür futbolçular olsun. İndiki futbolçulardan maksimum istifadə etmək istəyirik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Mart 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri