Samir Abasovun üstündən xətt çəkdiyi oyunçu Vernidub onun adının altından xətt çəkdi, böyük gələcək vəd etdiyini dedi
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Samir Abasov bundan sonra nə istəyir danışa, kimi istəyir günahkar çıxara bilər. Reallıqla barışsa da, barışmasa da, hər şey göz qabağındadır. Bu mövsüm rəhbərlikdən sərbəstlik alıb Kamil Məmmədovla birlikdə qurduğu komanda gözləntiləri qarşılamadı. Bir neçə oyunda istəkli görünsələr də, ümumi götürsək, boz oynayırdılar. Nəticələr də qənaətbəxş deyildi. Abasov özü deyir ki, ilk üçlüyə düşəcəkdilər sonda. Lakin rəhbərlik işi şansa buraxmaq istəmədi...
Yuri Vernidubun ona qədər aparılmış seleksiya barədə fikirlərini bilmirik. Bu barədə danışmayıb, danışmayacaq da. Hər halda heyəti izləyib, razılıq veribsə, bundan sonra şikayət etməsi doğru deyil. Lakin zamanla görünür ki, əksər legionerlər effektiv deyil. Çoxu yarımçıq futbolçulardır. Bəlkə də, Samir Abasov onlardan düzgün yararlana bilməyib. Vaxt keçdikcə bu sualın da cavabı tapılacaq.
Keçək əsas məsələyə, daha doğrusu əsas adama - Murad Məmmədov. Onun üzə çıxmasını son illər işləri tərs gətirən "Neftçi"də ən xoş hadisə kimi qeyd etmək olar. Nəticə yoxdur, heç olmasa perspektivli gəncin üzə çıxması kiçik təsəlli idi onlar üçün. Lakin bu mövsüm nə oldu, nə olmadısa, Samir Abasov bu gəncin üstündən xətt çəkdi. Onun komandaya rəhbərlik etdiyi 13 turda Murad 4 oyunda sonradan meydana daxil olub və bu 4 oyunda toplam 20-25 dəqiqə oynaya bilib.
Yuri Vernidubun gəlişi Murad Məmmədovun karyerasında da dönüş ola bilər. U-21 millimizin üzvü Dubay toplaşınında iki qol vurub. Belə görünür ki, ukraynalı mütəxəssisin gözü onu tutub. Vernidub açıqlamasında da Muradı qeyd edib, onun böyük gələcək vəd etdiyini deyib. Samir Abasovun "Neftçi"də muradına çata bilməməsinə səbəb Murad kimi istedadları görməzdən gəlməsi də ola bilər. Vernidub fərqli yanaşma sərgiləyir. Nəticəsi zamanla görünəcək. Hər halda, zər qədrini zərgər bilər.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 18 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















