Icma.az
close
up
RU
Samuxda “Enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı tədbir keçirilib

Samuxda “Enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı tədbir keçirilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İyunun  5-də  Samux rayonunun Heydər Əliyev Mərkəzində Samux rayon İcra Hakimiyyətinin,  YAP Samux rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı ilə əlaqədar “Enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin,  ölkəmizin  ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  açıq elan edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini-ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri  Kəmalə Xəlilova bildirib ki, Azərbaycan bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, yeni enerji marşrutlarının formalaşmasına və strateji tərəfdaşlıqların genişlənməsinə mühüm töhfələr verir.

Sonra çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova vurğulayıb ki, enerji təhlükəsizliyi müasir dünyanın ən mühüm məsələlərindən biridir. Bu gün dövlətlərin iqtisadi inkişafı, milli təhlükəsizliyi və beynəlxalq əməkdaşlığı enerji resurslarına çıxış imkanlarından və onların etibarlı şəkildə təmin edilməsindən birbaşa asılıdır. Belə bir şəraitdə Azərbaycan təkcə öz enerji təhlükəsizliyini təmin edən ölkə kimi deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən etibarlı tərəfdaş kimi tanınır.

Daha sonra Heydər Əliyev Mərkəzinin direktor müavini Raziyə Qasımova çıxış edərək  bildirib ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərini, ekspertlərini və siyasətçilərini bir araya gətirən mühüm beynəlxalq platformadır. O qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları, yaşıl enerji gündəliyini və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri bir daha nümayiş etdirir.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın enerji siyasətinin uğurlarından, ölkəmizin beynəlxalq enerji əməkdaşlığında tutduğu mövqedən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə olunan mühüm nailiyyətlərdən bəhs ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri