Icma.az
close
up
RU
“Sanki büdcə xalqın cibindən yığılır” Keçmiş deputatdan metro tariflərinə kəskin ETİRAZ

“Sanki büdcə xalqın cibindən yığılır” Keçmiş deputatdan metro tariflərinə kəskin ETİRAZ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakı Metropolitenində məsafəyə uyğun ödəniş sistemi həyata keçiriləcək. Hazırda vahid tarif modeli tətbiq olunsa da, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparılır.

Bununla bağlı Redaktor.az-a açıqlamasında keçmiş deputat Tahir Kərimli metroda məsafəyə görə ödəniş sisteminin tətbiqi ilə bağlı ciddi narahatlığını ifadə etdi.

O qeyd edib ki, Azərbaycan cəmiyyətində artıq belə bir fikir formalaşıb:

"Tarif Şurası və ya hər hansı islahat gündəmə gəlirsə, bu, mütləq qiymət artımı ilə nəticələnir. Artıq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb: Tarif Şurası toplaşırsa, mütləq qiymətlər qalxacaq".

Tahir Kərimlinin sözlərinə görə, insanlar artıq inanmır ki, hər hansı islahat müsbət nəticə versin.

“Əgər hansısa sahədə islahat aparılırsa, yol hərəkəti qaydaları dəyişirsə və ya ödənişlər yenilənirsə, əhali hesab edir ki, bu yenə də onun ziyanına olacaq. Xalqda inam tamamilə azalıb ki, nəsə müsbət bir iş görüləcək”, – deyə o qeyd etdi.

Keçmiş deputat metroda məsafəyə görə ödənişin tətbiq olunmasının aşağı və orta gəlirli ailələr üçün ciddi maliyyə yükü yaradacağını vurğulayıb və əlavə edib ki, bu narahatlıq cəmiyyətdə geniş yayılıb.

Tahir Kərimli bildirdi ki, Azərbaycanda dəfələrlə gediş haqlarının və cərimələrin artırılmasının şahidi olunub:

“Sanki büdcə əhalidən yığılır. Cərimələr artır, gediş haqları artır, bütün sahələrdə bahalıq yaranır. Bu da çox ciddi narahatlıq törədir”.

O, sovet dövründə metronun dövlət dotasiyası ilə işlədiyini xatırladaraq deyib ki, həmin dövrdə gediş haqqı xərcləri tam ödəmir, lakin dövlət bunu öz üzərinə götürürdü. Keçmiş deputat eyni zamanda bəzi ölkələrdə ictimai nəqliyyatın ya pulsuz, ya da çox ucuz olduğunu qeyd etdi:

“Lüksemburq kimi ölkələrdə ictimai nəqliyyat ümumiyyətlə havayıdır. Pribaltika ölkələrində də xeyli dərəcədə ucuzdur. Bizdə isə əksinə, getdikcə bahalaşdırılır”.

Tahir Kərimli bu cür qərarların hökumətin özünü cəmiyyət qarşısında gözdən saldığını bildirib və aidiyyəti qurumlara çağırış etdi:

“Bunun qarşısını almaq lazımdır. Mən dəfələrlə Milli Məclisdə çıxış edərək bunu demişəm. Qanun layihələri hazırlanır, demək olar ki, dəyişdirilmədən qəbul olunur və nəticədə yenə bahalıq ortaya çıxır”.

Sonda o qeyd etdi ki, artıq dəfələrlə bu məsələlər qaldırılsa da, nəticə yoxdur:

“İndi az qala yalvarış səviyyəsinə çatmışıq ki, belə işlər görməsinlər, qiymətləri qaldırmasınlar, insanlara çətinlik yaratmasınlar”.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri