Icma.az
close
up
RU
Sankt Peterburqda azərbaycanlı tələbələr üçün iftar süfrəsi təşkil edilib

Sankt Peterburqda azərbaycanlı tələbələr üçün iftar süfrəsi təşkil edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Peterburq, 16 mart, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr üçün Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

AZƏRTAC xəbər verir, tədbir Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən keçirilib.

Tədbirdə Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Federasiyası Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası, Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universiteti, Sankt-Peterburq İdarəçilik Texnologiyaları və İqtisadiyyat Universiteti, Sankt-Peterburq Politexnik Universiteti və digər ali təhsil müəssisələrinin bakalavr, magistr və aspirantura pillələrində təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə xeyirxahlıq və mərhəmət duyğularını ehtiva edən, gözəl niyyətlər və savab əməllər naminə müsəlman aləmini birlik, bərabərlik və həmrəylik yoluna dəvət edən mübarək Ramazan ayı münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib və ən xoş arzularını çatdırıb.

Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı tələbələrin diqqətinə çatdırılaraq hər bir cəmiyyətin və dövlətin xoşbəxt gələcəyinin onun yüksək təhsil və ixtisaslara sahib olan gəncləri ilə bilavasitə bağlı olduğu qeyd edilib.

Tədbir zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri