Icma.az
close
up
RU
Santuş Qəbələdə sorğusuala çəkildi

Santuş Qəbələdə sorğusuala çəkildi

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhər stadionunda mətbuat konfransı keçirib.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasının 5-ci turunda sabah Estoniya ilə Qəbələdə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

-  Mətbuat konfransının səhər saatlarında olmasının səbəbi nədir?

- Komandamızın dincəlmək üçün daha çox vaxtının olmasını istəyirik. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Yəni çox məşq ediblər. Ona görə də düşündük ki, məşq və mətbuat konfransı səhər saatlarında olsun və futbolçuların bərpa üçün daha çox vaxtı olsun. 

- Dörd oyundan sonra komandamızın aktivində xal yoxdur. Bu nəticə sizin üçün nə qədər gözlənilən idi? Bu dörd oyuda komandada nə çatmadı?

- Oyunları təhlil edirik. Son iki matçda komandamız sözün əsl mənasında yaxşı oynadı. Oyunçularımız inkişaf edir. Estoniya ilə görüşdə də yaxşı oynadıq. Hər şey yolunda gedirdi, amma gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Çalışırıq ki, onları aradan qaldıraq. Slovakiya ilə matçda da komandamız yaxşı oynayırdı, amma 10 nəfərlə qaldıq və nəticədə uduzduq. Oyunçularım çox yaxşı məşq ediblər, çox istəklidilər. Qarşımıza məqsəd qoymuşuq. Oyundan-oyuna inkişaf edirik və qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün cəhd edirik. 

- Qrupu xalsız başa vursaq, reaksiyanız necə olacaq?

-  Bu barədə bir neçə dəfə danışmışam. Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsəd odur ki, yaxşı heyət quraq. Elə bir şey əldə etmək istəyirik ki, bu günə qədər Azərbaycan millisi onu edə bilməyib. Bundan əvvəl də demişdim ki, 2027-ci ildə bunların hamısını təhlil etmək olar. 

- Futbol ictimaiyyətinin düşüncələri heyəti seçərkən sizə təsir edirmi? Rüfət Abdullazadə də yığmaya dəvət olunacağı gözlənilən futbolçulardan idi. Onu izləyirsiniz?

- Mən bütün oyunları izləyirəm və bütün futbolçuları artıq tanıyıram. Hansı oyunçular komandaya kömək edə bilərsə, onları dəvət edirəm. Futbolçu seçimi ilə bağlı bütün qərarlar mənə aiddir və heç bir kənar müdaxilə mənim qərarlarıma təsir etmir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri