Icma.az
close
up
RU
Sarsılmaz iradə və prinsipiallığın nəticəsi...

Sarsılmaz iradə və prinsipiallığın nəticəsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini ən çox yaşayan ölkələrdən biri də Azərbaycandır. 1990-cı illərin əvvəlində Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən dünya birliyi buna susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il kağız üzərində qaldı. Azərbaycan beynəlxalq birlikdən bu qətnamələrin icra edilməsi üçün Ermənistana qarşı addımlar atılmasını tələb etsə də, heç bir tədbir görülmədi.

Prezident vədlərinə əməl etdi

Halbuki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunub. Çünki həmin məsələlər böyük dövlətlərin maraqlarına uyğun idi. Azərbaycan isə 27 il gözlədikdən sonra bu qətnamələri öz gücünə icra etməyə məcbur oldu. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində  Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək beynəlxalq hüququ bərpa etdi. 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Amma  hər zaman beynəlxalq hüquqdan danışan bəzi böyük dövlətlər Azərbaycanın haqq işinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər.  Onlar həm 44 günlük müharibə, həm də antiterror tədbirləri zamanı ölkəmizə qarşı hədə-qorxu, təhdid dili ilə danışmağa çalışdılar. Prezident İlham Əliyev isə belə təzyiqlərin qarşısını qətiyyətlə aldı.

Xatırladaq ki, İlham Əliyev hakimiyyətə gələndə bəyan etmişdi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Məhz belə də oldu. Dövlətimizin başçısı qəti iradə, prinsipiallıq nümayiş etdirdi, xalqımız qarşısında verdiyi sözə həmişə əməl etdiyi kimi, bu dəfə də vədinə sadiq qaldı. Eyni zamanda, Prezident hələ müharibədən əvvəl Xocalı soyqırımını, digər cinayətləri törədən şəxslərin mütləq ədalət mühakiməsinə cəlb olunacaqlarını, layiqli cəzalarını alacaqlarını və günahsız qurbanların qanının yerdə qalmayacağını demişdi. “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”, - deyə Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak zamanı bildirmişdi.

Xocalı faciəsinin qurbanlarının qanı yerdə qalmadı

Təbii ki, verilən vədlərin reallaşması Azərbaycan dövlətinin gücünü və ədalət prinsipinə sadiqliyini aydın şəkildə ortaya qoyur. Xalqın etimadı ilə siyasi iradənin vəhdəti ölkənin müasir tarixində həlledici rol oynadı və tarixi ədalətin bərpasına zəmin yaratdı. Qeyd etdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan bütün təzyiqlərə baxmayaraq, ərazi bütövlüyünü öz gücü hesabına təmin etdi. Prezidentin Xocalıda Dövlət Bayrağını ucaltması bu yolun mənəvi zirvəsi oldu. Dövlət başçısının qeyd etdiyi kimi, bu hadisə Xocalı qurbanlarının qanının yerdə qalmadığını və Zəfərin məntiqi sonluğunu təsdiqlədi. Prezident İlham Əliyev 2024-cü ilin yanvarında yerli telekanallara müsahibəsində söyləmişdi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.

Xatırladaq ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar. Fevralın 5-də  onların bir qisminə hökm oxundu. Belə ki, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan isə 19 il həbs cəzasına məhkum olunublar. Digər cinayətkarlar da layiq olduqları cəzaları alacaqlar.

Beləliklə, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan torpaqlarımızın işğalında və dinc əhalinin qətlində iştirak etmiş cinayətkarların da layiqli cəzalarını verir.  Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eləcə də, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün bu amillər təbii ki, Azərbaycanın güclənməsini istəməyən xarici dairələrə də tutarlı cavabdır. Yəni ölkəmizin dünya miqyasında yüksək nüfuzu və güclü mövqeyi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nümunəsidir.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see310

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see275

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see271

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see270

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see263

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see260

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see253

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see248

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see238

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see233

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see224

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see221

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see216

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see216

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see204

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see204

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see204

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri