Icma.az
close
up
RU
Saşa İliç: Hər oyundan qabaq dua edirik ki, qalib gələk

Saşa İliç: Hər oyundan qabaq dua edirik ki, qalib gələk

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mənim Danilo Beskorovaynıy ilə konfliktim haqda yazan jurnalist buradadır? Bu, feykdir. 100 faiz. Burada üç məsələ var ki, hər birində də çox pis hadisədir. Həm oyunçu, həm klub, həm də mənim özüm üçün bu cür yalan xəbərin yayılması pis xəbərdir. Danilonun oynamamasının bununla əlaqəsi yoxdur. Bayram fasiləsində onun Ukraynada bəzi sənəd məsələləri var idi və məşqlərə üç gün gecikmişdi. Oynamaması da sırf bununla bağlıdır".

Sportal.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun “Turan Tovuz”la oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Oyun haqda fikriniz necədir?

- Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu kontrol altında saxladıq.

- Birinci hissədəki qorxaq futbol oynamağınız nə ilə bağlı idi?

- Düzünü deyim, bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq.

- Dini bayramla bağlı sizi təbrik edirəm. Maraqlıdır, dünən kilsədə etdiyiniz dualarınız arasında bugünkü oyun var idi?

- Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, "Araz-Naxçıvan"la görüş, "Neftçi" ilə matç. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir.

- "Sumqayıt"ın Premyer Liqadan düşmək təhlükəsi haqda düşünürsüz? Çünki "İmişli" bu gün qalib gələrək, sizinlə xal fərqini azaltdı..

- Düşünmürəm. Təbii ki, hər şey ola bilər. Altı oyun qalıb. Amma inanmıram ki, bu baş versin.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Aprel 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri