Satkaliyev: Qazaxıstan OPEC+ çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə ciddi yanaşır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan OPEC+ çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə kifayət qədər ciddi yanaşır.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
"Qazaxıstan neft hasilatının azaldılması üçün bütün lazımi tədbirləri görəcək. Biz həm inzibati mexanizmlərdən, həm də neft kəməri infrastrukturuna çıxışla bağlı məsələlərdən istifadə etməyə hazırıq, yəni OPEC+ qrupu qarşısında öhdəliklərimizin yerinə yetirilməsini təmin etməyə kifayət qədər ciddi yanaşırıq", - A.Satkaliyev deyib.
O qeyd edib ki, hasilatın həddindən artıq olması “Tengiz” yatağında Quyuağzı təzyiqin idarə edilməsi və Gələcək genişləndirmə layihələrinin sınaq məqsədi ilə işə salınması ilə bağlı olub.
"Hazırda bu işlər davam edir və yatağın hələlik tam gücə çıxarılması planlaşdırılmır. Planlarımıza uyğun olaraq, onun cari ilin ikinci yarısında tam gücə çıxacağını nəzərdə tuturuq", - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















