Icma.az
close
up
RU
Savaş üçün doğulanların missiyası bitdi Qulu Ağsəs

Savaş üçün doğulanların missiyası bitdi Qulu Ağsəs

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Qulu Ağsəsin "Altı və sıfır"dan sonrakı extra time" yazısını təqdim edir.
Əli Bağışın kitabına Ön söz olsun
Hasarın üzərində yazılıb: "Narahatlığa görə üzr istəyirik".

Altından da yad dildə:

"Sorry for the inconvenience".

Yapon yazıçısı Yasunari Kavabata deyirdi: "Fərqli dillərin yaranması bir qəbilənin digər qəbilədən öz sirlərini qorumaq istəyi ilə əlaqədardı".

Hasarın üzərindəki elanda bir dil başqa dilə sirrini açır.

İkinci dili köməyə çağıran birinci dil hasarı o üzə özü təkbaşına aşa bilmir.

Dünyasa hasarın o üzündədi. Və beləcə biz dünyaya çıxa bilmirik.

Fransız Jül Renarın remarkası: "Fransada oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə deyirlər ki, onları Almaniyada oxuyurlar..."

Bu yerdə Əli Bağışdan zəng gəlir.

İkimiz də eyni anda sözə başlayır, bərabər susuruq.

Xalq artisti Yalçın Adıgözəlovla bir məclisdəydik. Ağız deyəni qulaq eşitmirdi. Yalçın bəy cibindən bir siqar çıxardı. Hamı susdu. Elə bildik, əlindəki dirijor çubuğudu.

Əli Bağış mübahisəni sevir və həmişə haqlı çıxır. Onun "dirijor çubuğu" ayrıdı. Davanın şirin yerində votsapa bir "məcun" şəkli yollayır: "Sən heç bundan içmisən ömründə?"

Mən də ona "qədəhaltı" göndərirəm:

Nə xoş sabahdı,

saatıma qonan qar dənəciyi

dondurmaq istəyir vaxtı...

İkimizin də kefi durulur. Ayılıb görürük ki, bir kitablıq yazışmalarımız qalıb. Deyirəm, gəl belə eləyək, "Kəlamlar"ını ayrı bir qovluğa topla, at mənə.

O, uşaq təəccübüylə:

"Kəlam nəyə deyirsən?"

Mən redaktor inadıyla: "Haqlıyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə".

Görür ki, vəziyyət nəzarətdən çıxır, sabahacan möhlət umur və bir gün sonra növbəti sifariş alır: "Publisistikanı da poçtuma at!" Onu da göndərəndən sonra videozəng vurub ürəyimi üzümdən oxumaq istəyir. Yəni sənin fikrin nədi?

Stanislav Kurilovu köməyə çağırıram; 14 dekabr 1974-cü ildə sovet gəmisindən okeana atılan, 3 günə 100 km məsafə üzən "fövqəladəm"i.

Jurnalistlər ondan soruşanda ki, "bəs, okeandakı heyvanlardan qorxmadınız?" - nə desə yaxşıdı:

- Bir neçə saatdan sonra, elə bildim, mən də akulayam, delfinəm, balinayam...

Hiss edirəm, Əli Bağış onun yaradıcılığını izləməyimdən məmnun qalıb. Səhəri gün poçtumda təzə hekayə görürəm: "Dörd tabut" müharibədən yazılıb - Qarabağ savaşından. Onu çoxdan bir yol oxumuşdum. Yenə də hiss-həyəcanla gözdən keçirirəm.

Pəncərəni açıram ki, başımın tüstüsü evə dolmasın.

Bəni-Adəmin beş duyğu hissi var.

Yaradıcıların altı - intuisiya.

Bir hiss də var: məsuliyyət hissi.

Əli Bağış "Dörd tabut"un altına o hisslə girib.

Məsuliyyət hissiylə.

Qarabağ müharibəsindən çox hekayə yazılıb: Azərbaycanın və Ermənistanın gözü ilə.

Əli Bağış bu müharibəyə "üçüncü" ölkədən baxıb.

Məncə, müharibə Tanrının dünyanı insanın idarəsinə buraxdığı məqamdı.

Hə, insan, buyur görək, sən neynirsən?

İnsan bir-birini qanına batırıb.

Bu yaxınlarda məşhur kəşfiyyatçı Xan minaya düşüb şəhid oldu. Savaş üçün doğulanların missiyası bitdi.

"Dörd tabut"un epiloquna inanaq:

"Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı:

- Siz türklərdə su aydınlıqdı. Bəlkə heç bir-birlərini öldürmədilər..."

Bu hekayədən sonra Əli Bağışın şeirlərinə bir də baxasıydım. Ehtiyac duymadım. Kitabdan oxuyaram.

Əli Bağışın yaxşı hesab verməyi var. Yazdıqları da hesabdı. Amma bu dəfə "çölə" yox, "içəri" verdiyi hesab...

P.S. Həmişə çalışıb ki, dostlarının başını uca eləsin. 60 yaşında ənənəni pozmaq istəyir: hamı başını aşağı salsın və bu kitabı oxusun...

P.P.S. "Altı və Sıfır" dörd fəsildi. "Kəlamlar" - yaz, "Publisistika" - yay, "Nəsr" - payızdı. "Şeirlər"sə... qış deyil...

4 oktyabr 2025

Ruhun ikili səcdəgahı: İman və Eşq Qorxu filmləri festivalı keçiriləcək Azərbaycanlı yeniyetmə tiktoker Nyu-Yorkda faciəvi şəkildə öldü
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri