Icma.az
close
up
RU
Savaşın gedişatında mühüm həmlə Donbas qarşılığında gizli sövdələşmə üzə çıxdı

Savaşın gedişatında mühüm həmlə Donbas qarşılığında gizli sövdələşmə üzə çıxdı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Budapeştdə nəzərdə tutulan Putin–Tramp görüşü təkcə iki siyasi liderin dialoqu deyil, qlobal güc balansının növbəti mərhələsini müəyyən edə biləcək strateji hadisə kimi qiymətləndirilir. Bəs görüşdən gözləntilər nələrdir?

Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, Macarıstanın paytaxtı Budapeştdə növbəti dəfə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukrayna böhranı ilə bağlı danışıqlar aparacaq.Onun sözlərinə görə, Alyaska görüşündən fərqli olaraq, bu dəfə Putin qovluğunda Ukraynanın beş regionu deyil, yalnız bir regionu – Donbasın Rusiyaya verilməsi təklifi ilə gəlir:

“Bu cəlbedici təklif Tramp tərəfindən müsbət qarşılanıb. Məhz buna görə də prezident Zelenskinin son Vaşinqton səfəri nəticəsiz qalıb.

Alyaska görüşündən sonra Putinin digər dörd regiondan imtina etməsi, əsasən, ABŞ və Avropanın Ukraynaya hərbi dəstəyinin nəticəsi kimi meydana çıxıb. Rusiya ordusu şərq cəbhəsində taktiki itkilər verir, eyni zamanda ölkənin strateji neft emalı zavodlarının hədəfə alınması Kreml üçün ciddi problemlər yaradıb.

V. Putin Donbası əldə etməklə daxildə “qələbə eyforiyası” formalaşdırmaq və bu ab-havadan istifadə edərək növbəti mərhələdə Baltikyanı ölkələrə qarşı təxribatlara zəmin hazırlamaq istəyir. Xüsusilə Estoniyada yaşayan rus azlıqlarının “müdafiəsi” Moskva üçün həmişə hazır bəhanədir”.

Siyasi şərhçi hesab edir ki, Avropa liderləri və Ukrayna Budapeşt görüşünə skeptik yanaşır:

“Prezident Zelenski Donbasın Rusiyaya güzəşt edilməsini qəti şəkildə rədd edir. Onun təklifi yalnız mövcud təmas xəttində atəşkəsin bərpası və danışıqların davam etdirilməsidir. Lakin Rusiya buna razı deyil. Buna görə də Budapeşt görüşü, böyük ehtimalla, nəticəsiz başa çatacaq.

Əgər Tramp Ukraynanın şərq bölgəsini Putinə güzəştə gedərsə, bu, Vaşinqtonun Avropa müttəfiqləri ilə etimadını ciddi zədələyəcək. ABŞ-ın Rusiya qarşısında geri addım atması onun qlobal liderlik statusunu zəiflədər və Moskvanın yeni güc qütbünə çevrilməsinə şərait yaradar. Tramp şəxsi biznes maraqlarında güzəştə gedə bilər, amma Ukrayna ABŞ-ın mülkiyyəti deyil ki, onu satmaq mümkün olsun. ABŞ geostrateji maraqlarını itirə bilməz. Rusiya Donbası əldə etsə, növbəti hədəf Zəngəzur dəhlizi ola bilər”.

“D. Trampın “müharibələri mən dayandırmışam" iddiası da real nəticə deyil.

Azərbaycan–Ermənistan müharibəsi onsuz da başa çatmışdı. Pakistan–Hindistan, Tayland–Kamboca, İsrail–Həmas qarşıdurmaları da hələ bitməyib.

Trampın yeganə uğuru Kongo və Ruanda arasında sülh sazişinin imzalanmasıdır.

Ümumiyyətlə, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini diplomatik yolla bitirməsi real görünmür. Budapeşt görüşü sülh üçün deyil, daha çox Moskvanın mövqeyini legitimləşdirmək cəhdidir”,- deyə siyasi şərhçi qeyd edib.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri