Savaşın ilk anlarında Moskvadan Yermaka zəng olub Putinin köməkçisinə bu cavab verilib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başladığı ilk vaxtlarda Prezident Aparatının rəhbəri Andrey Yermak və Prezident Volodimir Zelenski ən pis ssenariyə belə hazırlıqlı olublar və bu anlarda Kremldən maraqlı bir zəng gəlib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Sözügedən zəngin Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak tərəfindən Yermaka edildiyi bildirilir.
Həmin danışıq zamanı Kozakın təhdidi açıq şəkildə olub.
“Zelenskini təslim olmağa razı salın, əks halda tammiqyaslı məhv olacaqsınız”, - deyə o bildirib.
Lakin Yermak bu təhdidə sərt cavab verərək onu təhqir edib və telefonu üzünə bağlayıb.
Nəşr qeyd edir ki, bu hadisə Ukrayna rəhbərliyinin sonadək müqavimət göstərməyə hazır olduğunu göstərən simvolik bir an kimi tarixə düşüb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















