Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Savaşın 3 cü ilində Güclü Putinin zəif Rusiyası

Savaşın 3 cü ilində Güclü Putinin zəif Rusiyası

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Üç ildir işğala və təcavüzə məruz qalan dostumuz Ukrayna, onun əzmkar xalqı tarixin ən böyük imtahanından keçir. Hər bir xalqın taleyində buna bənzər tarixi hadisələr olub. Məhz 21-ci əsrdə ukraynalıların böyük qurbanlar tələb edən bu ağır mərhələni keçməyə məcbur qalması, hardan baxsaq, acıvericidir. 

Üç il öncə bu müharibə başlayanda bütün varlığımızla Ukrayna xalqının yanında olduğumuzu bildirdik, çünki bütün postsovet məkanının taleyi, demokratiyanın müqəddəratı bu savaşda həll olunur.  Xalqların müstəqil şəkildə öz ölkələri ilə bağlı qərarlar vermək, daha güclü və mütərəqqi birliklərdə yer almaq, daha demokratik cəmiyyət, daha şəffaf idarəetmə sistemi qurmağın savaşını verir ukraynalılar indi döyüş meydanlarında.  

Nə qədər ağır olsa da, bir müsbət nüansı qeyd etməliyəm ki, Rusiyanın təcavüzkar, işğalçı hərəkətləri Ukraynada millətçiliyi yeni mərhələyə daşıdı. Ukraynanın qərbi və şərqi arasındakı ideoloji fərq ortadan qalxdı. Bu gün Rusiyanın imperializm siyasətinə qarşı birləşən vahid Ukrayna xalqını görürük. Hər kəs bir nəfər kimi Ukrayna uğrunda əlinə silah alıb vuruşur. 

Rusiya isə bu savaşın başlanğıcından artıq uduzan tərəfi idi. Bu savaş Rusiyanın "əfsanəvi" gücü haqqında rəvayət yaradanların "rus ordusu" mifini darmadağın etdi. 

Çökən iqtisadiyyat, yüz minlərlə əsgər ölümü, izolyasiya, beynəlxalq sanksiyalar və s. şovinizmin yeni fazasına keçid eləmiş Putinin başçılıq elədiyi ölkəyə Ukraynada "3 günlük zəfərin" əvəzinə verdiyi töhfələr oldu.  

Rusiyanın ələ keçirdiyi bölgələrin haradasa əlli faizi Ukrayna ordusu tərəfindən geri alındı. Yüzlərlə təyyarə, minlərlə tank və 500 mindən artıq əsgər itkisi. 

Enerji və qaz gəlirlərinin kifayət qədər azaldığı, 1000-dən çox ciddi xarici şirkətin ölkədən gedərək fəaliyyətini dayandırdığı, milyon yarıma qədər vətəndaşın tərk etdiyi bir ölkəyə çevrildi Rusiya. 

Rusiya əhalisinin qismən səfərbərliyə olan reaksiyası isə, daha sarsıdıcı idi. Güclü Putinin zəif Rusiyasının vətəndaşları bu reaksiya ilə, əslində, savaşa da, Putinə də münasibətlərini ortaya qoydular. 

Təhsilin aşağı səviyyədə olması, elmi-texnoloji tərəqqinin olmaması da bu müharibənin ortaya çıxartdığı acı bir həqiqət oldu Rusiya üçün. 

Putin şəxsi planda gücləndikcə Rusiya dövlət kimi zəiflədi. "Güclü Putin zəif Rusiya" həqiqətini bir daha göstərdi Rusiya vətəndaşlarına və postsovet ölkələrinə.

NATO alyansa qəbul etdiyi yeni üzvləri ilə Rusiyanın dörd bir yanını sardı.

Nəhayət ən əsası, son günlər yaşananlardır. Ədalətsiz, amansız və ideoloji yanı olmayan savaşlar həmin ölkələrdə inqilablarla nəticələnir. Birinci Dünya Müharibəsi zamanı baş vermiş böyük inqilabların səbəblərini öyrənmədən Üçüncü Dünya Müharibəsinin fitilini yandırmaq istəyən Putin bu barədə yaxşı düşünməli idi. Amma olsun, bizə elə bu düşüncəsizlik lazım idi. 

Bu savaşın uzun çəkəcəyi, lakin nəticədə Ukrayna xalqının qələbəsi ilə bitəcəyi zatən başından bəri bəllidir.

Biz postsovet məkanında DEMOKRATİYANIN QƏLƏBƏSİNİ məhz Ukraynanın zəfəri ilə görəcəyik. Dualarımız Ukrayna xalqınadır.

P.S. Savaşın 3-cü ilində Ukraynanın silahlanmasında çox fəal rol oynayan Almaniyanın yeni Kansleri olacaq Mertsin çox vacib açıqlamasından bir sitatı paylaşıram: "Mənim əsas hədəfim, Avropanı elə gücləndirmək ki, ABŞ-dan asılı olmasın".

Anar Əsədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri