Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Qəhvə iç və daha uzun yaşa...

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Nazir sammitdə təhsildən danışdı

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Saxta ehtiyat hissələrinin satışı, istifadəsi sonda nə ilə nəticələnir? MÜTƏXƏSSİSLƏR VƏ RƏSMİ QURUM AÇIQLADI VİDEO

Saxta ehtiyat hissələrinin satışı, istifadəsi sonda nə ilə nəticələnir? MÜTƏXƏSSİSLƏR VƏ RƏSMİ QURUM AÇIQLADI VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Uzun müddətdir ki, ölkəmizdə xaricdən gətirilən saxta ehtiyat hissələrinin bazara təsirləri vətəndaşlara, xüsusən sürücülərə ağır zərbə vurur. Bu zərbələr maddiyyatdan savayı, həm də mənəvi zərərlərə gətirib çıxarır. Belə ki, sürücülər orijinal olmayan ehtiyat hissəsindən istifadə etmədikləri zaman nəticə ağır qəza, kiminsə həyatından məhrum olması ilə nəticələnir.

Avtosfer.az xəbər verir ki, bu istiqamətdə mübarizə aparılması bəzən qeyri-mümkün hala çevrilir. Bütün avtomobilsevərlərə məlum olduğu kimi, ötən il dünyada ən çox satılan avtomobil “Toyota” şirkətinin modelləri olub. Bu səbəbdən, ən çox saxta ehtiyat hissəsi də “Toyota” loqosu altında istehsal olunur. Bu baxımdan, “Toyota” şirkətinə maddi zərərlə yanaşı, adına da xələl gəlir.

“Toyota” şirkətinin qeyri-orijinal ehtiyat hissələri ilə bağlı başlatdığı mübarizə tədbirinə sayt olaraq biz də uzun müddətdir qoşulmuşuq. Bu istiqamətdə dəfələrlə maarifləndirici videolar çəkmişik, paylaşmışıq ki, sürücülər onlara dəyən, dəyəcək zərərlərdən xəbərdar olsunlar. Buna baxmayaraq, sürücülər hələ də “ucuz ətin şorbası”na üstünlük verməyə davam edirlər. Bəzi sürücülər düşünür ki, məsələn, 50 manat verib aldığı saxta ehtiyat hissəsini 5-6 ay işlətdikdən sonra yenidən eyni məbləğə eyni malı aldıqda, bu, onlara qənaət etdirir, onların işinə yarayır. Lakin avtomobil istehsal edən şirkətin öz servisindən 100 manata və zəmanətli, orijinal malı aldığı zaman nə qədər irəli düşdüklərindən xəbərsizdirlər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, “Toyota” bu istiqamətdə artıq qlobal şəkildə mübarizə aparır:

“Azərbaycanda Əqli Mülkiyyət Agentliyi var və “Toyota” rəsmi olaraq Agentlikdə qeydiyyatdan keçib. Ona görə də, bu qablaşdırmada, “Toyota” adından ehtiyat hissələrini satmaq hüququ şirkətin özündədir. Amma bazara da belə məhsullar daxil olur. Bir neçə dəfə bu malları satanlar tapılıb, “Toyota” onları məhkəməyə verib. Şirkət onun adından, onun loqosu ilə başqalarının məhsul satmasını istəmir. Bu avtomobildə hansısa texniki problem yaratmaqla müştərilərdə insamsızlığa gətirib çıxarır. Tutaq ki, əyləc qəlibləri. Onların tərkibində elə kristallar var ki, onların yeyilməsi zamanı ətrafa yayılan elementlər təbiətə ziyan vurmur. Amma qeyri-orijinalın deformasiyaya uğraması nəticəsində həm ətraf mühitə, həm avtomobilə, həm də tormoz məsafəsinə ziyandır. Mən “Toyota”nın rəsmi saytında yerləşdirilən videodan da izləmişəm ki, əslində proses necə baş verməlidir. Normal deformasiya və anormal deformasiya. Bu qeyri-orijinal ehtiyat hissələri anormal deformasiyaya gətirib çıxarır. Bunu biz bəzi mağazalardan yenə də alıb istifadə edirik, amma sonradan görürük ki, orijinal deyil”.

“Toyota”nın nümayəndəsi Eldəniz Cəfərin fikrincə, avtomobilə quraşdırılacaq hər bir qeyri-orijinal ehtiyat hissələrinin hər birinin fərqli zərərləri var:

“Məsələn, saxta yağ filterlərinin avtomobilə birbaşa ziyanı nədən ibarətdir? Qeyri-orijinal yağ filteri yağın birbaşa təmizlənməsini tam həyata keçirə bilmir. Zərərli maddələrin mühərrikə keçməsi nəticəsində mühərrik düzgün işləmir və mühərrikdə həmin yağ tez müddətdə qaralır. Bizim ölkə bazarında apardığımız araşdırmalara görə ən çox saxta versiyası satılan ehtiyat hissəsi əyləc bəndləridir. Bununla yanaşı həm də saxta yanacaq filterlərinə də daha çox tələbat olub. Yanacaq filterlərinin orijinal olması da çox vacibdir. Avtomobil işlək vəziyyətdə olduğu zaman yanacaq filterinin qeyri-orijinal olması nəticəsində mühərrikə ciddi ziyan dəyə bilər. Ona görə də biz sürücülərə orijinal ehtiyat hissələrindən istifadəni tövsiyə edirik”.

Qeyri-orijinal ehtiyat hissəsi satmaq həm də cinayət əməli hesab edilir. Bunun iki səbəbi var. Birincisi, başqasının adından istifadə edərək ona aid olan məhsulun orijinal olmayan versiyasının satışını həyata keçirməklə əlaqədar, şirkətə vurulan zərərə görədir. İkincisi isə vətəndaşa saxta məhsul sataraq ona maddi, eləcə də həyati zərər vurmağa görə. Mağaza sahibləri öz öhdəlik və məsuliyyətlərini bilmədikləri üçün bu qanunu görməzdən gəlir və sürücülərin canından olmasına göz yumub qazanclarının arxasınca qaçırlar.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, gömrük orqanları tərəfindən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində mütəmadi qaydada gömrük nəzarətinin həyata keçirilməsi və hüquq sahiblərinə gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqların qorunması təmin edilir:

“Bu baxımdan hüquq sahiblərinin Dövlət Gömrük Komitəsinin tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri sisteminə müraciəti əsasında müvafiq eyniləşdirmə məlumatlarının onlar tərəfindən gömrük orqanlarına təqdim edilməsi zəruridir.

Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər.

Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır”.

Avtomobil mütəxəssisləri ilə keçirdiyimiz sorğuda iştirak edən tanınmış usta Sahil Ağabəyli deyir ki, ölkədəki sürücülərin əksəriyyəti bir müddət sonra avtomobili satmaq düşüncəsində olduğu üçün orijinal ehtiyat hissəsinə ödəyəcəyi pulu artıq xərc hesab edir:

“Ondansa, bunu “A-klass” malla, yaxud Çin istehsalı malla, hətta zirzəmilərdə düzəlmiş versiya ehtiyat hissəsi ilə 20 manat xərclə düzəltməyi düşünürlər. bu da heç cür qəbul edilən deyil. Çünki bu gün ölkəmizdə 5 cür ehtiyat hissəsi satılır. Hamısı da həddən artıq zərərlidir. Məsələn, mühərrikdəki ehtiyat hissələrini götürək. Sürücüləri məcbur edirlər ki, mühərrikdəki hissələri orijinalı ilə təmir etdikdə 5000 manat xərc çıxır, başqa firmanın malları ilə 3000-ə, bir pillə də aşağı götürsək, 1500 manata başa gəlir”.

“Azad İstehlakçılar Birliyinin” rəhbəri Eyyub Hüseynov deyir ki, Birliyə saxta ehtiyat hissələri ilə əlaqədar çox şikayət daxil olur və bu şikayətlər əsasında araşdırmalar da başladılıb:

“Xüsusən avtomobil bazarları yaxınlığındakı ehtiyat hissələri mağazalarında satış həyata keçirilərkən rəsmi kassa çeki vermirlər, bunun nümunələri də mövcuddur. Bu cür saxta ehtiyat hissələri istehlakçılara təkcə maliyyə ziyanı vurmaqla kifayətlənmir. Avtomobillərdə ciddi problem yarada və qəza baş verməyinə səbəb ola bilər. Bütün bu mövzularla əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırdıq, hazırda Birliyimizin qaldırdığı məsələ ilə əlaqədar məhkəməyə müraciət edilib”.

Fizik, eyni zamanda avtomobil mütəxəssisi olan Elçin Abbasovun sözlərinə görə, saxta ehiyat hissələri avtomobilin bütünlükdə hərəkətinə mənfi təsir göstərir:

“Əyləc qəlibinin içərisinə baxanda görünür ki, onun içərisində misin miqdarı çoxdur. Bəzən onun miqdarının çox olması cüyültüyə səbəb ola bilər. az olması isə onun intensive əyləcləmə zamanı qızmasına səbəb ola bilər. avtomobildə həm də əyləc mayesinin də önəmi var. Əyləc qəlibinin qızması nəticəsində, əgər əyləc mayesinin keyfiyyəti aşağıdırsa, biz tormozlama həyata keçirdiyimiz zaman avtomobil dayanmayacaq. Mən sizi əmin edirəm ki, bizim sürücülər əyləc mayesini ümumiyyətlə dəyişmirlər, ya da çox gec-gec dəyişirlər. Şirkətlər bu mayeni 2 ildən bir dəyişir, çox sürücü deyəcək ki, mən avtomobili, demək olar ki, srməmişəm, niyə də dəyişməliyəm. Bu maye hidroskopikdir və zaman keçdikcə onun keyfiyyəti aşağı düşür”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see248

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see247

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see233

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see228

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see187

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see155

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see152

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see144

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see141

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see140

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see136

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see130

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see128

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see126

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see125

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see125

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see124

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri