Icma.az
close
up
RU
Sayımız azaldıqca, problemlər artır: “Uşaqpulu” əvəzinə kart

Sayımız azaldıqca, problemlər artır: “Uşaqpulu” əvəzinə kart

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda demoqrafik vəziyyətlə bağlı narahatlıq yaradan rəqəmlər getdikcə daha çox diqqət çəkir.

Doğum səviyyəsinin azalması və gənclərin ölkədən köçü uzunmüddətli perspektivdə ölkə üçün ciddi risklər yarada bilər. Ekspertlərin təqdim etdiyi məlumatlara görə, hazırda Azərbaycanda doğum əmsalı 1.4-ə düşüb. Sadə dildə desək, 100 qadın cəmi 140 uşaq dünyaya gətirir. Halbuki bir millətin sadəcə yerində sayması, yox olmaması üçün bu rəqəm minimum 2.1 olmalıdır və mövcud göstərici bu həddən xeyli aşağıdır. Məsələ təkcə doğum səviyyəsinin azalması ilə məhdudlaşmır. Ölkədən gənclərin köçü də demoqrafik vəziyyətə əlavə təsir göstərir. Rəsmi statistikada əhalinin sayı 10 milyon kimi göstərilsə də, ekspertlər bildirirlər ki, çox sayda gənc hazırda xarici ölkələrdə yaşayır və bir çoxu vətəndaşlıq almaq üçün növbə gözləyir. 

Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində də doğum səviyyəsi aşağıdır. Lakin Almaniya və Fransa kimi ölkələr güclü iqtisadiyyat və yüksək rifah hesabına miqrant cəlb edərək bu boşluğu qismən doldura bilir. Azərbaycanda isə belə bir imkanın məhduddur. Rəqəmlər təhsil sahəsində də bu tendensiyanı açıq şəkildə göstərir. Belə ki, 2020-ci ildə 165,511 uşaq birinci sinfə gedibsə, 2025-ci ildə bu rəqəm 130,000-ə düşüb. Yəni cəmi 5 il ərzində məktəbə gedən uşaqların sayı 35 min nəfər və ya 21.5% azalıb. Bu isə ilk növbədə təhsil sisteminə təsir edir və siniflərin boşalmasına səbəb olur. 

Ekspertlərin fikrincə, əsas risklər uzunmüddətli dövrdə daha kəskin hiss olunacaq. Xüsusilə 40 ildən sonra, hazırkı orta və yaşlı nəslin pensiya dövrünə çatdığı zaman işləyən gənc əhalinin sayında ciddi çatışmazlıq yarana bilər. Bu isə sosial təminat sisteminə əlavə yük gətirəcək. 

Doğum səviyyəsinin aşağı düşməsi əmək bazarında hansı riskləri formalaşdırır? Uşaq sayının azalmasının qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? 

Mövzu ilə bağlı " Cümhuriyət" qəzetinə açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, ölkədə doğum səviyyəsi hər il azalır və bu azalma əvvəlki illərlə müqayisədə kəskin fərq yaradır:

"Doğum səviyyəsinin azalması təbii olaraq yaşlı əhalinin sayının artmasına, əmək qabiliyyətli əhalinin isə azalmasına gətirib çıxarır. Xarici ölkələrə köç halları da var və bu, vəziyyəti daha da çətinləşdirir. Çünki qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet məsələdir və özəl sahibkarlığın inkişafı istiqamətində də müəyyən işlər görülür. Lakin işçi qüvvəsi çatışmazlığı olarsa və ya neft böhranı baş verərsə, ölkə iqtisadiyyatı tamamilə risk altına düşə bilər. Düşünürəm ki, bu problemlər zəncirvari olduğu üçün ilk növbədə məsələnin köklü şəkildə həll edilməsi lazımdır.

“Uşaqpulu” məsələsinə gəldikdə isə düşünmürəm ki,   doğum səviyyəsi buna görə aşağı düşür, çünki digər faktorlar da mövcuddur. Uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi, valideynlərin maliyyə azadlığı, ailə dəyərlərinin qorunması üçün təkcə maddi vəsait yox, digər amillər də rol oynayır. Məsələn, hər hansı bir şəxsin aylıq gəliri 3000 manatdır, amma ailədə maksimum bir və ya iki övlad olur. Bu, təkcə maliyyə ilə ölçülməməlidir. Yaxud da dövlət 6 və daha çox uşağı olan ailələrə bir uşaq üçün 140 manat məbləğ ödəyir. Lakin yaxın zamanda sosial şəbəkələr vasitəsilə şahid olduq ki, təyinatı üzrə həmin məbləğ istifadə olunmur. Buna görə də bu kimi neqativ hallar təbii ki, bu işlərin icrasını bir növ ləngidir".

Onun sözlərinə görə, uşaqların layiqli həyat səviyyəsinin təmini üçün daha komfortlu şərait yaradılmalı, “uşaqpulu” deyil, onun əvəzinə müəyyən sosial kartlar verilməli və həmin kartlar yalnız qida, geyim mağazalarında, ictimai nəqliyyatda keçərli olmalıdır:

"Dövlət tərəfindən veriləcək olan “uşaqpulu”nun həm də uşaq 18 yaşını tamam edəndə təyinatı üzrə istifadə etməsi daha məqsədəuyğun olardı. Çünki onminlərlə gənc təhsil almaq istəyir, lakin ödənişli təhsilə düşsə də, imkansızlıq səbəbindən təhsil ala bilmir. Yaxud da istedadlı gənclər  var, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirlər, lakin maddi vəsaitləri yetmir. Buna görə də düşünürəm ki, bu vəsait gənclərin inkişafı üçün 18 yaşında verilsin, yaxud da valideynlərə dəstək məqsədilə qidaya, uşağın geyiminə, gəzintiyə xərclənsin. Həmin kartların muzeydə, zooparkda, teatrlarda, mədəni-ictimai müəssisələrdə də keçərli olması daha məqsədəuyğun olardı”. 

Həmsöhbətimiz deyir ki, “uşaqpulu”nda təkcə məbləğ deyil, onun təyinatı üzrə düzgün istifadə olunması əsas məqsəddir:

“Əvvəlki illərlə, 30–40 il əvvəlki dövrlə müqayisədə təbii ki, onlar təyinatı üzrə istifadə olunurdu. Lakin indiki müasir dövrdə isə düşüncə, maraqlar, istifadə məqsədi tamamilə dəyişib. Təbii ki, dövlət də hər ailəyə verilən “uşaqpulu”nun istifadəsinə müdaxilə edə bilməz, onu sistemləşdirmək və nəzarətdə saxlamaq çətindir. Qeyd etdiyim kimi, “uşaqpulu”nun başqa formada verilməsi və təyinatı üzrə düzgün istifadə olunması əsas məqsəd olmalıdır". 

O vurğulayıb ki, hər hansı gənc ailəyə uşaq sayını artırmaqla bağlı təzyiq etmək olmaz:

"Uşaq sayının azalmasının qarşısını almaq üçün ciddi islahatlar aparılsa da, bu hər zaman gözlənilən nəticəni verməyə bilər. Uşağın dünyaya gətirilməsi qərarı bugünkü mühitdən asılıdır. Əgər valideyn uşağın gələcəyini perspektivli görürsə, onsuz da uşaq dünyaya gətirməkdə maraqlı olacaq. Çətin vəziyyətlərdə bu kimi islahatlar əks effekt də verə bilər, çünki sosial mühit inkişaf edib və insanlar hər şeyi görür. Məsələn, görürlər ki, Almaniya, İsveç, Rusiya kimi ölkələrdə uşaqlara necə sosial dəstək göstərilir və buna görə də bəzi gənclər həmin ölkələrə üstünlük verirlər. Bu da həm əməkhaqqı, həm də sosial rifah baxımından seçimlərə təsir edir. Buna görə də həmin ölkələrə üz tuturlar". 

Ekspert qeyd edib ki, hazırda vəziyyət kritikdir:

"Rayon məktəblərində siniflərdə 2, 3, 5 şagird var, şəhərlərdə də vəziyyət tədricən buna doğru gedir. Əgər sinifdə uşaq olmasa, məktəb fəaliyyət göstərə bilməz, müəllim, direktor, texniki işçi və digər heyət də olmayacaq. Bu da birbaşa əmək bazarına təsir göstərir. Yaxud da uşaq sayının azalması gələcəkdə müəssisələrə, zavodlara xarici işçi qüvvəsinin cəlb olunmasına səbəb ola bilər. Yerli vətəndaş ya xaricdə fəaliyyət göstərəcək, ya da doğum səviyyəsi aşağı olduğuna görə gənc işçi qüvvəsinə ehtiyac azalacaq. Digər tərəfdən, pensiya və təqaüd sistemi də birbaşa təsirlənir.

Doğum səviyyəsinin aşağı düşməsi dövlət büdcəsinə az vergi ödəyən əhali deməkdir, çünki işləyənlərin sayı azalır. Yaşlı əhalinin sayı artdıqda isə dövlət məcbur olur ki, büdcə və ya neft gəlirləri hesabına təqaüdçülərə vəsait ayırsın. Bu da dövlət büdcəsi baxımından əlavə yük yaradır. Bundan əlavə, əhalinin sayı az olduqda və bölüşdürülən vəsait daha az nəfərə düşdükdə artım daha yüksək görünür, lakin yaşlıların sayı çoxaldıqca artım faizi də azalır.

Məsələn, nəzərdə tutulub ki, hər təqaüdçü üçün 10% artım olacaq, ancaq yaşlıların sayı o qədər az olur ki, nəzərdə tutulan büdcəni onların sayına uyğun hesabladıqda, bu, 2–3% artım deməkdir. Bu da onu deməyə əsas verir ki, gələcəkdə pensiyaların artırılmasında yüksək nəticə gözləməməliyik, çünki bu gün doğum səviyyəsi aşağıdır, yaşlıların sayı isə artır".

Gülər Həsənli
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri