Icma.az
close
up
RU
Saytdan məhsul alır, evə çatanda xarab çıxır: Onlayn alış verişdə dələduzluq

Saytdan məhsul alır, evə çatanda xarab çıxır: Onlayn alış verişdə dələduzluq

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlar sosial şəbəkələrdə alqı-satqı saytlarından alınan mallarla bağlı şikayətlər paylaşılır. Zərərçəkmiş adətən məişət texnikaları alır, bir müddət işlətdikdən sonra onun əslində deffektli olduğu ortaya çıxır. Çox zaman bu telefon satışında müşahidə olunur. Sonda isə o, nə məhsulu qaytara bilir, nə də pulunu alır.

Bəs bu hallarla qarşılaşmamaq üçün nə etməli? Zərərçəkənlər kimə və hara müraciət etməlidirlər?

Lent.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, bu məsələlərlə bağlı ilk növbədə qanuna əlavələr olunmalıdır:

“Qanunvericilikdə boşluqlar var. Dələduzluq halları olarsa polisə, dəyən zərərin məbləği yüksəkdirsə, məhkəməyə müraciət olunmalıdır. Bu, elə bir haldır ki, vətəndaş hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət edə bilmir.

Sözügedən hallarla bağlı konkret olaraq qanuna əlavələr olmalıdır. İlk növbədə saytlarda qeydiyyat şəxsiyyət vəsiqəsinin fin kodu və SİMA təsdiqi ilə olmalıdır. Daha sonra istehlakçıların hüquqlarının qorunması baxımından məhsulun müəyyən zəmanət müddəti olmalı və bu təfərrüatları ilə qeyd edilməlidir. Əgər sistemli iş olarsa, düşünürəm ki, dələduzluq hallarının qarşısı alınar. Polis və məhkəmələrin işi onsuz da çətindir. Onları bu məsələlər ilə məşğul etmək işlərini daha da çətinləşdirir.

Onlayn alış-veriş saytlarından istifadə edən vətəndaşlara tövsiyə olunur ki, ön ödəmə (beh) göndərməsinlər, hansısa bir məhsulu alarkən özləri şifahi olaraq baxış keçirsinlər, rəsmi mağazadan alsınlar.

Bəzən olur ki, daşınmaz əmlakı, xüsusi ilə torpaq sahəsini simvolik qiymətə satışa qoyurlar. Vətəndaş aldanır, beh göndərir və ya nəğd ödəyir, sonda isə dələduzluqla qarşılaşır. Vətəndaşlara tövsiyə edirəm ki, maksimum diqqətli olsunlar, tanımadığı şəxslərə pul göndərməsinlər. Əgər prosedur gərəyi lazımdırsa, notariat ofislərində beh müqaviləsi imzalasınlar. Orta/yüksək məbləğdə alqı-satqı zamanı vəkil xidmətlərindən yararlansınlar.

Dələduzluq halları əksərən mobil telefon satışı zamanı olur. Əksərən ya oğurluq, ya da kreditə götürülmüş telefon satışa qoyulur. Sonda isə kredit ödənilmədiyi üçün telefon bağlanır, yenə də vətəndaş zərər çəkir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri