Icma.az
close
up
RU
“Science Communication” fəlsəfəsinin dövlət səviyyəsində dəstəklənməsi: AZƏRBAYCAN ÜÇÜN STRATEJİ ZƏRURƏT

“Science Communication” fəlsəfəsinin dövlət səviyyəsində dəstəklənməsi: AZƏRBAYCAN ÜÇÜN STRATEJİ ZƏRURƏT

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Prof. Zahid Fərrux Məmmədov

AMEA-nın 80 illik tədbirində Cənab Prezident İ.H.Əliyevin irəli sürdüyü çağırışları belə formalaşdırmaq olar:

• Elmin səmərəsi yalnız akademik bazalarda deyil, cəmiyyətdə ölçülməlidir.

• Tədqiqatçının işi yalnız məqalə yazmaq yox, bilik yaratmaq və həmin biliyi sosial dövriyyəyə daxil etməkdir.

• Populyar elmi fəaliyyət və analitik yazılar elmi fəaliyyətin ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

Bu, Azərbaycan elmi siyasəti üçün fundamental dönüş nöqtəsi ola bilər.

Elmi istinadların akademik dəyəri ilə populyar məqalələrin kütləvi oxunmasının sosial təsiri: Müasir elm sistemində iki fərqli təsir modelinin analitik təhlili

****

Müasir dünyada elmin nüfuzu yalnız laboratoriyalarda və akademik jurnallarda əldə olunan uğurlarla müəyyən edilmir. Elmi biliklərin cəmiyyətlə paylaşılması, elmin gündəlik qərarlara, siyasətə və iqtisadi proseslərə təsir etməsi – yəni science communication – artıq qlobal elmi siyasətin mərkəzinə çevrilib.

Azərbaycan isə hələ də ənənəvi, köhnəlmiş elmi-mədəni təfəkkürün təsiri altında yalnız akademik məqalələrin istinad statistikasına fokuslanır, halbuki cəmiyyətin geniş təbəqələrinə çatan elmi-populyar biliklərin ölkə üçün yaratdığı real fayda çox zaman nəzərə alınmır.

Bu məsələ Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr olunmuş tədbirdəki çıxışı ilə bir daha aktuallaşdı. Prezident həmin nitqində açıq şəkildə bildirdi ki, elm cəmiyyətin inkişafından təcrid oluna bilməz, elmi müəssisələr yalnız öz daxilinə qapanmış strukturlar kimi qalmamalı, dövlətin sosial-iqtisadi modernizasiya kursuna real töhfə verməlidirlər.

Bu, əslində science communication fəlsəfəsinin Azərbaycan üçün nə qədər vacib olduğunu göstərən ən ciddi siyasi siqnaldır.

Müasir elmi fəaliyyət yalnız bilik istehsalı ilə məhdudlaşmır; biliklərin cəmiyyətə ötürülməsi və sosial təsiri elmi siyasətin əsas prioritetlərindən birinə çevrilmişdir. Elmi məqalələrdə istinadların sayğı — elmi təsirin ənənəvi ölçüsü, publisitik və ya analitik kütləvi məqalələrin oxunma göstəriciləri isə sosial təsirin alternativ göstəricisi kimi çıxış edir.

XXI əsrdə elm sisteminin strukturu dəyişir: akademik fəaliyyət yalnız tədqiqat nəticələrinin istehsalı deyil, həm də onların sosial mühitə transferindən ibarət mükəmməl zəncirdir. Elmin təsiri ikili xarakter daşıyır:

1. Elmi təsir – akademik dairədə bilik dövriyyəsini təmin edir.

2. Sosial təsir – biliklərin cəmiyyətin müxtəlif təbəqələrinə yayılması ilə ölçülür.

Elmi məqaləyə 8 istinadın olması bilavasitə tədqiqat mühitinə qatılan dərin təsiri göstərdiyi halda, publisitik analitik məqalənin 1 gün ərzində 10 min oxucuya çatması kütləvi təsir gücünün yüksək olduğunu göstərir.

Elmi istinad indeksi elmi nəticələrin akademik effektini ölçmək üçün əsas indikator sayılır. Web of Science, Scopus, Google Scholar, РИНЦ kimi bazalarda istinadların sayı tədqiqatın elmi cəmiyyət tərəfindən tanınma səviyyəsini göstərir. İstinad yalnız bilik diffuziyasını deyil, həm də tədqiqatın elmi etibarlılığını, metodoloji gücünü və elmdaxili nüfuzunu əks etdirir.

Sosial təsirin alternativ ölçülməsi (altmetrics) - Son illərdə alternativ metrikalar — sosial şəbəkə paylaşımları, oxunma, yüklənmə, xəbər məqalələrində istinad — cəmiyyətə təsirin ölçülməsində geniş yayılmışdır . Altmetrik yanaşma biliklərin kütləvi auditoriyaya real təsir gücünü daha çevik ölçür.

Elmi təsir və sosial təsirin müqayisəli yanaşmaları - Bir sıra tədqiqatçılar hesab edir ki, akademik təsir yüksək olsa da, sosial təsirin olmaması elmin cəmiyyətlə bağlılığını zəiflədir.

İstinadlar akademik bilik sisteminin strukturu üçün fundamental elementdir. İstinadı olan bir məqalə aşağıdakı təsirləri yaradır:

• Elmi nəzəriyyələrin inkişafına töhfə.

• Yeni tədqiqat istiqamətlərinin yaranması.

• Tədqiqatçılar arasında bilik dövriyyəsinin genişlənməsi.

• Elmi məktəblərin formalaşmasında rol.

Burada təsir dərin, lakin məhdud auditoriyalıdır — əsasən tədqiqatçılar, doktorantlar, elmi institutlar.

Populyar məqalələrin sosial təsiri: Məsələn, azpolitika.info online ictimai siyasi qazetində bir gündə 10 min oxucuya çatan publisitik məqalə:

• cəmiyyətin informasiya səviyyəsinə təsir edir,

• ictimai rəy formalaşdırır,

• sosial problemləri aktuallaşdırır,

• qərarvericilərə dolayı təsir göstərir.

Bu təsir geniş effekt yaradır.

Ədəbiyyatda “research–society gap” adlanan boşluq məhz bu fərqdən yaranır: elmi bilik istehsalı yüksək olsa da, cəmiyyətə çatdırılması zəifdir. Populyar məqalələr bu boşluğu doldurur. Əgər AMEA və universitetlər cəmiyyətdən təcrid olunub yalnız indeksləşdirilmiş jurnallara fokuslanırsa, bu zaman elm dövlətin innovasiya və modernizasiya proseslərinə real təsir göstərə bilmir. Hansı daha faydalıdır? Bu sualın cavabı təsirin məqsədindən asılıdır:

• Əgər məqsəd elm yaratmaqdırsa — istinadlı məqalə daha faydalıdır.

• Əgər məqsəd cəmiyyəti maarifləndirmək və ictimai rəyə təsir etməkdirsə — kütləvi oxunan məqalə daha faydalıdır.

Elmi təsir — uzunmüddətli inkişafın, sosial təsir — operativ reaksiyanın indikatorudur. Dünya təcrübəsi göstərir ki, modern universitetlər effektiv nəticəni iki istiqamətin birləşməsi ilə əldə edirlər:

1. Elmi bilik istehsalı (akademik təsir)

2. Biliklərin cəmiyyətə transferi (sosial təsir)

Bu yanaşma “Science Communication” və “Public Engagement” adlanan yeni sahələrin yaranmasına səbəb olmuşdur.

Tədqiqat nəticələri göstərir ki:

• Elmi istinadlar bilik istehsalının və fundamental elmin inkişafının əsas indikatorudur.

• Kütləvi oxunan publisitik məqalələr sosial təsirin güclü formasıdır və biliklərin kütləvi auditoriyaya yayılmasında mühüm rol oynayır.

• Hər iki təsir modeli cəmiyyət üçün vacib olsa da, onların funksiyaları fərqlidir və biri digərini əvəz etmir.

• Effektiv elmi siyasət istinadlı elmi araşdırmalarla yanaşı, elmi biliklərin cəmiyyətə çatdırılması üçün kommunikasiyanın gücləndirilməsini tələb edir. Bu yanaşma — yəni elmi nəticələrin cəmiyyətə açıq, şaffaf və operativ şəkildə çatdırılması — XXI əsrdə “Science Communication” və “Public Engagement” kimi yeni sahələrin formalaşmasına səbəb olmuşdur. Artıq dünya elmi anlayır ki, elm yalnız laboratoriyada və ya akademik jurnalda qalarsa, onun təsiri məhdudlaşır, ictimai rəy, dövlət siyasəti və iqtisadi inkişaf üzərində real effekt yaratmır.

Məhz buna görədir ki, elmin cəmiyyətlə əlaqəsi müasir elmi siyasətin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu prinsip Azərbaycan dövlətinin rəsmi elmi strateji baxışında da öz əksini tapır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı bunun ən yüksək səviyyədə təsdiqidir. Prezident həmin nitqində açıq şəkildə vurğuladı ki:

• elm cəmiyyət üçün işləməlidir,

• elmin nəticələri sosial və iqtisadi inkişafla bilavasitə bağlı olmalıdır,

• ictimaiyyət elmi proseslərdən xəbərdar olmalı, elm insanların gündəlik həyatına təsir etməlidir,

• akademik sistem qapalı strukturlar yaratmamalı, əksinə, bilikləri geniş auditoriyaya çatdırmalıdır.

Bu tezislər faktiki olaraq müasir “Science Communication” fəlsəfəsinin dövlət səviyyəsində dəstəklənməsi deməkdir.

AMEA-nın 80 illiyi münasibətilə vurğulanan bu çağırış əslində çox vacib bir reallığı üzə çıxarır:

Azərbaycan elmi öz qapalı akademik çevrəsindən çıxmalı, geniş cəmiyyətlə, gənclərlə, bizneslə, media ilə, dövlət qurumları ilə sistemli və davamlı kommunikasiya qurmalıdır.

Çünki:

• cəmiyyətə çatdırılmayan elmi nəticə “ölü kapital”dır;

• izah edilməyən elm inamsızlıq yaradır;

• ictimai rəyin bilmədiyi və anlamadığı elmi məzmun dövlət siyasətində effekt vermir;

• gənclərin elmə marağı yalnız “kommunikasiya olunan bilik” əsasında formalaşır.

Prezidentin çıxışında akademiyanın modernləşməsi, elmi nəticələrin praktiki tətbiqi və elmi idarəetmənin yenilənməsi ilə bağlı söylənənlər əslində Azərbaycan üçün aydın mesajdır: elm yalnız özünün içində yaşayan qapalı sistem olmamalıdır — o, cəmiyyətin gündəlik inkişaf proseslərinin bir parçasına çevrilməlidir.

Bu isə məhz “Science Communication” və “Public Engagement” mexanizmləri vasitəsilə mümkündür.

Sonda demək olar ki, elmin həm cəmiyyət üçün aktual problemləri izah etmək, həm də dərin bilik yaratmaq funksiyası vardır və bu iki istiqamətin balanslaşdırılması milli innovasiya sisteminin davamlı inkişafı üçün əsas şərtdir.

Beləliklə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik tədbirində verdiyi mesaj isə açıqdır:

• Elm yalnız laboratoriyada və jurnalda deyil, cəmiyyətin içində olmalıdır.

• Elm görünməlidir.

• Elm eşidilməlidir.

• Elm insanlara çatmalıdır.

Bu, Azərbaycanın gələcək elmi siyasətinin ideoloji və strateji özəyidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Noyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri