Icma.az
close
up
RU
Sea Breeze Health Valley layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Sea Breeze Health Valley layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

 Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze Health Valley: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı” mövzusunda paralel sessiya keçirilib.

McK Partners şirkətinin tərəfdaşı Monish Aroranın moderatorluğu ilə keçirilən panel sessiyasında çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, son illərdə icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin modernləşdirilməsi, rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyası və insan kapitalına yönəlik islahatlar əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Müzakirələrdə Sea Breeze Health Valley layihəsinin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin baş icraçı direktoru Florian Sengstschmid, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) direktoru Vüqar Qurbanov, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Yasin Cəlilov, Sea Breeze Health Valley layihəsinin rəhbəri Konstantin Qrinfeld, Sinqapurun Don Agro International şirkətinin baş icraçı direktoru Marat Devlet-Kildeyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ,Almaniyanın Sana Hospital Group şirkətinin direktoru Sven Heininger, Caspimayr şirkətinin təsisçisi Həcər Cəfərova çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikirlərini səsləndiriblər. Bildirilib ki, Sea Breeze Health Valley layihəsi ölkəmizin səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən paralel sessiyada SOCAR-la Italiana Petroli S.p.A və MIP S.p.A arasında səhm alqı-satqısı Sazişi imzalanıb. Saziş SOCAR prezidenti Rövşən Nəcəf və Italiana Petroli S.p.A şirkətinin sədri Uqo Braketti  Peretti tərəfindən imzalanıb. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək.

Sessiya çərçivəsində Yüksək Dəmir Tərkibli İsti Briket Dəmir İstehsalı üçün Birgə Müəssisənin Təsis Edilməsi haqqında Saziş imzalanıb. Sazişi  “Daşkəsən Dəmir Filizi” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Fonte GreenMet Investments Fund OEIC Limited”in baş icraçı direktoru Yerzhan Mussin imzalayıblar. Bu təşəbbüs ölkəmizin metallurgiya sahəsində tam inteqrasiya olunmuş dəyər zəncirinin formalaşmasına, ixrac potensialının artmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://marja.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri