Səbail i taxtdan salan Şimal ın baş məşqçisi oyunu belə dəyərləndirdi
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
1-ci Liqanın 4-cü turunda Şamaxıda "Səbail"i qəbul edən debütant "Şimal" qolsuz bərabərliyə nail olaraq iddialı rəqibindən xal aldı. Bunadək "Şəfa" ilə birlikdə turnir cədvəlinin şərikli lideri olan Bakı təmsilçisini "taxtdan salan" komandanın baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb "dənizçilər"lə matç barədə fikirlərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Səbail"in hər şeydə bizdən üstün komanda olduğu məlum həqiqətdir. İstər maliyyə, istər heyət, istərsə də şərait baxımından belədir. Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, xırda bir səhv belə, məğlubiyyətlə nəticələnə bilər. Uşaqlar sonadək döyüşdülər. Yaxşı mübarizə sayəsində xal qazandıq. Heç-heçə bizim üçün yaxşı nəticədir. Futbolçularımızı təbrik edirəm. Ardı gəlsin".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















