Əfsanəvi qapıçı futbolla vidalaşır
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
2014-cü il dünya çempionu, Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer 2026/2027 mövsümünün sonunda futbolçu karyerasını başa vura biləcəyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, qapıçı bu barədə "Sky Sport" telekanalına açıqlamasında danışıb.
"Düşünürəm ki, mənim üçün hər şey yayda başa çatacaq. Hazırda qalan vaxtdan zövq almağa çalışıram", - deyə Noyer bildirib. Online alış-veriş
Qeyd edək ki, noyabrın 8-də Almaniya çempionatında "Maynts"la səfər oyununda zədələnən Noyerə sağ ayağının vətərində qismən yırtıq diaqnozu qoyulub.
40 yaşlı qapıçı 2011-ci ildən "Bavariya"da çıxış edir. O, klubla 13 dəfə Almaniya çempionu olub, yeddi dəfə ölkə Superkubokunu, altı dəfə Almaniya Kubokunu, iki dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.
Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu, 2010-cu ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, futbolçu karyerasına "Şalke" klubunda başlayıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Noyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















