Icma.az
close
up
RU
“Səbail” “Qarabağ”a mane olası rəqib deyil

“Səbail” “Qarabağ”a mane olası rəqib deyil

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

1/4 final, cavab oyunu
Qarabağ (Ağdam) – Səbail (Bakı) 3:1 (2:1)

Qarabağ: 99. Mateus Koxalski, 29. Marko Veşoviç (44. Elvin Cəfərquliyev, 72), 81. Kevin Medina, 2. Mateus Silva, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə (9. Kadi Borges, 72), (k) 8. Marko Yankoviç (66. Patrik Andrade, 84), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 84), 11. Emmanuel Addai (19. Redon Cica, 84).
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç , 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov (3. Dmitri Litvin, 69), 5. Gitay Sofir (96. İlkin Muradov, 60), 97. Oruc Məmmədov (14. Suleyman Alluş, 74), 10. David Qomis (22. Mirabdulla Abbasov, 46), 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə (7. Madi Queta, 74).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə ,84. Teymur Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti.
Baş məşqçi: Elvin Məmmədov.
Qollar: M.Qurbanlı, 13 (1:0). R.Abdullazadə, 15 (1:1). E.Rüstəmov, 43-öz qapısına. (2:1). N.Axundzadə, 56 (3:1).
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
27 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 546 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Komandalar arasındakı səviyyə fərqi öz yerində, ilk oyunda qazandığı qələbə də “Qarabağ”ın aşkar favorit olduğunu göstərirdi.

Komandalar ilk dəqiqələrdən əzmkar mübarizəyə girişdi. 4-cü dəqiqədə Samir Abdullayevin zərbəsinə Mateus Silva, qayıdan topa yaxınlaşan Fərid Nəbiyevin zərbəsinə isə Marko Yankoviç blok qoydu. Üç dəqiqə sonra Fərid Nəbiyev uzaqdan bəxtini sınadı. Amma Koxalski yerində idi. 9-cu dəqiqədə Addai “çərçivə”ni nişan alsa da, Hüseynəli Quliyev zərbənin qarşısını aldı. Çox keçmədən ağdamlılar hesabı açdı. 13-cü dəqiqədə Kaşukdan ötürmə alan Musa dəqiq zərbə ilə topu tora qovuşdurdu .
Cəmi 2 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirdi. Yankoviçdən topu alan Fərid Qomisə ötürmə verdi. David topu Rüfətə çatdırdı, o isə dəqiq zərbə ilə topu qapıdan keçirdi. Qoldan sonra ruhlanan “dənizçilər” hesabda önə keçməyə də yaxın oldu. 25-ci dəqiqədə Rüfətin uzaq küncə zərbəsini Koxalski dəf etdi. 28-ci dəqiqədə Kaşuk – Veşoviç - Musa kombinasiyası zamanı sonuncunun zərbəsinin qarşısını Hüseynəli aldı. 37-ci dəqiqədə isə Nəriman inanılmaz qol şansını qaçırdı. Amma komandalar fasiləyə bərabərlik hesabı ilə yollanmadı. 43-cü dəqiqədə Toral Bayramovun qapı qarşısına ötürməsi zamanı Emin Rüstəmov topu tərs toxunuşla öz qapısından keçirdi. 52-ci dəqiqədə Addai Veşoviçə ötürmə verdi. Markonun qüvvətli zərbəsinin qarşısını Hüseynəli aldı.
Cəmi 1 dəqiqə sonra Musanın zərbəsi az fərqlə qapıdan aralı keçdi. Bununla belə, 55-ci dəqiqədə “köhlən atlar” fərqi artırdı. Nəriman Kaşukla İsayevin qurduğu kombinasiyanı qolla tamamladı. Bundan sonra “dənizçilər”in oyunun axarını dəyişə biləcəyinə inanmaq sadəlövhlük olard. Hər halda, 83-cü dəqiqədə “Səbail” növbəti dəfə “Qarabağ”ın qapısına yol tapmağı bacardı. Quetadan ötürmə alan Yusif Nəbiyev dəqiq zərbə ilə topu tora qovuşdurdu. Amma oyundankənar vəziyyət olduğuna görə qol qeydə alınmadı. Son dəqiqələrdə də qarşılıqlı hücumlar davam etdi. Bununla da iki oyunun cəmində 4:1 hesablı qələbə qazanan “Qarabağ” “Səbail” səddini adlamağı bacardı.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri