Səbinə buna görə 10 ildir səhnədən uzaqdır
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Əməkdar artist Səbinə Babayeva uzun illərdən sonra səhnədən uzaq qalmasının əsl səbəbini deyib.
“Yeni Sabah” xəbər verir ki, müğənni bu barədə “Günə uğurla” proqramında danışıb.
O bildirib ki, şəxsi həyatında yaşadığı çətinliklər yaradıcılığına da ciddi təsir göstərib: pizza mizza
“Təxminən 10 il səhnədən uzaq qaldım. Onun 3 il yarımını Moskvada yaşadım. 2 ildir qayıtmışam və hər şeyi sıfırdan başlayıram. Bu, çox çətindir. Düşünməzdim ki, tanınmış müğənni, Əməkdar artist belə unudular. Adam efirdə olmayanda unudulur”.
S.Babayeva etiraf edib ki, ailəsinin dağılması və boşanması onun psixoloji durumuna ağır təsir göstərib:
“Ailəmlə bağlı psixoloji gərginlik yaşadım. Elə bir vəziyyətə çatmışdım ki, sıfırlanmağa ehtiyacım var idi. Qismətim belə gətirdi ki, boşandım, ailəm dağıldı. Bu, mənə çox pis təsir etdi. Özümdə deyildim, depressiyada idim”.
Müğənni rejissor Cavidan Şərifovla ailəli olub.
Baxış sayı:43
Bu xəbər 27 İyul 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















