Icma.az
close
up
RU
Tarixi səhvlər və bugünkü populizm

Tarixi səhvlər və bugünkü populizm

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın son otuz illik siyasi panoramasına diqqətlə baxanda açıq görünür ki, bəzi şəxslər özləri üçün tarixi süni şəkildə silməyə, yaddaş boşluğu yaratmağa çalışırlar. Bu sırada ilk ağla gələn fiqurlardan biri Əli Kərimlidir. Onun siyasətdə tutduğu mövqe, dedikləri ilə etdikləri arasındakı fərq, xüsusilə də Qarabağ məsələsindəki ziddiyyətlər bu gün gənc nəsil üçün ciddi suallar doğurur.

1990-cı illərin əvvəllərinə qayıtsaq, Azərbaycan torpaqları ard-arda işğal olunanda, hər gün kəndlər, rayonlar əldən gedəndə, cəbhədən gələn xəbərlər faciələrə çevriləndə Əli Kərimli və onun həmfikirləri xalqın qarşısına çıxmağa cəsarət etmirdilər. Onların üzündə qorxu, siyasi məsuliyyət yükündən yayınma vardı. Hətta sadə bir təsəlli, bir arxayınlıq mesajı belə xalqdan əsirgənirdi.

Amma zaman dəyişdi. Vətən müharibəsi Azərbaycanı tarix qarşısında tam başqa mövqeyə gətirdi. Gənclərimiz, şəhidlərimiz, qazilərimiz canları bahasına torpaqları azad etdilər. Bu qələbənin təməlində onların qanı, xalqın birliyi və dövlətin iradəsi dayanır. Bu gün Azərbaycan xalqı başını dik tutursa, bunun Əli Kərimli ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Əksinə, onun və onun silahdaşlarının vaxtilə buraxdığı səhvləri düzəltmək üçün minlərlə qəhrəman gənc şəhid olub.

Həmin torpaqlar işğal olunanda xalqın üzünə baxa bilməyən, qorxudan gizlənən Əli Kərimli indi utanmadan şəhid ailələrinə başsağlığı mesajları göndərir, manipulyativ açıqlamalar verir, özünü milli faciənin "hissədarı" kimi göstərməyə çalışır. Əslində isə bugünkü şəhidlərimizin qanında onun da məsuliyyəti var. Çünki onlar məhz Əli Kərimlinin təmsil etdiyi hakimiyyətin vaxtilə "satdığı" torpaqları geri almaq üçün canlarından keçiblər.

Əli Kərimli bu gün sosial şəbəkələrdə və bəyanatlarında özünü guya milli maraqların müdafiəçisi kimi göstərir. Lakin, torpaq gedəndə səsi çıxmayanın, xalqın üzünə baxmaqdan çəkilənin, məsuliyyət daşımayanın bu gün şəhidlərin ruhuna sığınmaq haqqı yoxdur. Əksinə, həmin dövrün səhvlərini etiraf etmək, gənclərin qanı bahasına düzəldilən faciələrin məsuliyyətini boynuna almaq lazımdır.

Əli Kərimlinin bugünkü mövqeyi bir növ "siyasi amneziya"ya bənzəyir. Yəni, yaddaşını itirmiş kimi davranır, amma xalq yaddaşını itirməyib. Azərbaycan cəmiyyətinin gözündə o, məhz torpaqlar gedəndə susan, torpaqlar qayıdanda isə yalançı populizmə əl atan bir obraz olaraq qalır.

Bir növ "tarixi komediya"ya çevrilən situasiya ilə üz-üzəyik. Bir tərəfdə minlərlə şəhid və qazi, digər tərəfdə isə siyasi amneziya ilə yaşayan bir fiqur... Sosial şəbəkələrdə və mediada göstərdiyi milli hisslər, keçmişin qorxu dolu sessiyalarını və pasivliyini ört-basdır edə bilmir. 

Onun bugünkü bəyanatları yalnız manipulyativ və populist səhnə effekti yaradır. Siyasətdə məsuliyyət, sözlərlə yox, əməllərlə ölçülür. Xalq yaxşı bilir ki, torpaq itiriləndə üzünü göstərməyən, torpaq qayıdanda isə populyar duyğulara sığınan hər hansı bir siyasi fiqur, özünü qəhrəman kimi göstərmək hüququna sahib deyil.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri