Icma.az
close
up
RU
Ucuz populizm

Ucuz populizm

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yaxud erməni dövlətçiliyinin perspektivi ilə bağlı nağıl məntiqi

Yazımıza nə üçün bu başlığı seçdiyimizi sonda biləcəksiniz. İpucu baxımından onu bildirək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın, demək olar, bütün çıxışları ölkəsində hay-küy doğurur. Onun dediklərindən narazılar sıraya düzülüb Nikol əleyhinə hədyanlar yağdırırlar. Ancaq bu durumda ilahi ədalət payı var. Diqqətə çatdıracağımız ayrı-ayrı məqamlardan da belə qənaətə gəlmək mümkündür.

Yəqin çoxları N.Paşinyanın müəlliminin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan olmasından xəbərdardır. Əlbəttə, burada söhbət klassik müəllim-tələbə, yaxud müəllim-şagird münasibətlərindən getmir. Sadəcə, Nikol birinci prezidentin ideya və baxışlarının davamçısı obrazındadır. Ancaq Paşinyan pis tələbə və ya pis şagirddir. Fikrimizi onun ölkə parlamentində 2025-ci il dövlət büdcəsinin müzakirəsi zamanı irəli sürdüyü bəzi nüanslar kontekstində izah edəcəyik. Hələlik isə Ter-Petrosyanın vaxtilə bildirdiklərinə nəzər salaq.

Beləliklə, Ermənistanın birinci prezidenti 1996-cı ildə Milli Assambleyada çıxışı zamanı erməni dövlətinin qarşısında duran məsələlərdən söz açmış və iki vacib məqam üzərində dayanmışdı: “Birincisi, Dağlıq Qarabağ problemi, ikincisi, iki qonşumuzla münasibətlərin yoluna qoyulması. Mən Türkiyə və Azərbaycanı nəzərdə tuturam. Ona görə ki, dərin qənaətimə görə, bu münasibətlər qaydasına salınmayınca Ermənistanın müstəqil dövlət kimi mövcudiyyəti həmişə sual altında qalacaq”.

Göründüyü kimi, L.Ter-Petrosyan, kifayət qədər, rasional düşünmüşdü. Ancaq o, siyasi mübarizədə zəif çıxdı. Yəni, Ermənistan üçün tarixi sayıla biləcək addımı atmadı, yaxud ata bilmədi. Daha doğrusu, Qarabağ avantürasının heç bir nəticə verməyəcəyinə əmin olan birinci prezident həmin avantüradan daşınmaq məsuliyyətinin altına girmədi. Bəlkə də məsuliyyəti daşımağı bacarmadı.

Məsələ ondadır ki, 1996-cı ildən sonrakı iki il ərzində Azərbaycan-Ermənistan danışıqlarında müəyyən müsbət meyillər yaranmışdı. Lakin 1998-ci il fevralın 3-də proses pozuldu. L.Ter-Petrosyan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan, habelə daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur edildi. Prezidentin haqqında söz açdığımız zəifliyi məhz budur. O, saxta erməni milli identlikliyinə yenildi.

Ancaq, bir haşiyə çıxaq ki, Petrosyanın istefası Azərbaycan – Ermənistan danışıqlarının o zamana qədərki müsbət dinamikasını aradan qaldırmadı. Çünki həmin vaxt “Qarabağ klanı” yetərincə söz sahibi deyildi. Yəni, R.Koçaryanın prezidentliyi möhkəmlənməmişdi. Baş nazir V.Sarkisyan və Milli Assambleyanın sədri Karen Dəmirçyanın mövqeləri güclü idi. Hər şey 1999-cu ildə alt-üst oldu. Həmin ilin oktyabrın 27-də Ermənistan parlamentində qanlı terror törədildi. V.Sarkisyanın, K.Dəmirçyanın və onların tərəfdarı daha altı yüksək vəzifəli şəxsin qətlə yetirilməsindən sonra R.Koçaryanın başçılıq etdiyi klan gücləndi. Nəticə etibarilə, Ermənistan Rusiyanın birbaşa boyunduruğu altına düşdü və bu vəziyyət 19 il, yəni 2018-ci ildə N.Paşinyanın hakimiyyətə gəlişinədək davam etdi.

***

Bəli, məhz boyunduruq. Müstəqil dövlət kimi mövcud olmayan Ermənistan Qarabağ avantürasına “sadiqlik” kursu nümayiş etdirdi. Ölkənin beynəlxalq siyasəti tamamilə Moskvadan asılı hala düşdü. Xariclə münasibətlərə gəlincə, Qərb erməni amilini ehtiyat variant kimi saxladı. Ümid bəslədi ki, nə zamansa ondan Rusiyaya qarşı istifadə etmək məqamı yetişəcək. Paşinyanın iqtidara yiyələnməsi həm də məhz həmin məqamın yetişməsi idi.

Yəni, Rusiya kimi Qərb də Ermənistana müstəqil dövlət kimi yanaşmadı, düşündü ki, ermənilər, sanki, anti-Rusiya cəbhəsinin səngərində dayanmış əsgərlərdir. Deməli, Nikolun hakimiyyətə gəlməsi Ermənistanın müstəqil dövlət imicinin bərpası deyildi. Əgər belə olsaydı, Paşinyan seçki kampaniyası dövründə dediyi sözü yerinə yetirərdi. Axı o, Qarabağın Ermənistanın üzərindən asılmış ağır daş olduğunu və bu daşın atılmasının həyati əhəmiyyət daşıdığını dilə gətirmişdi. Hakimiyyət kreslosunda möhkəmləndikdən sonra isə bildirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Daha sonra nələr yaşandı, 44 günlük müharibə nəticəsində Ermənistan hansı duruma, Paşinyan iqtidarı hansı rəzil vəziyyətə düşdü? Bunları yada salmaq istəmirik. Çünki hər şey bəllidir.

***

Amma Nikolun indi ölkə parlamentində çıxışı zamanı iki il əvvəl həmin məkanda dediklərini yada salmasının səbəbləri heç bəlli deyil, hətta anlaşılmazdır. Çünki L.Ter-Petrosyanın 1996-cı ildə diqqətə çatdırdığımız fundamental mahiyyətli fikirlərinə nəzərən baş nazirin pozitiv düşünməsinə heç bir əsas yoxdur. Ancaq düşünür. Necə deyərlər, utanmasan, oynamağa nə var. Hərçənd, məsələ utanmazlıq prizmasından uzaqdır. Nikolun söylədiklərində daha çox həyasızlıq elementləri var.

Beləliklə, Paşinyan ölkə parlamentində çıxışı zamanı iki il əvvəl həmin tribunada olarkən bildirdiklərini xatırladıb. Söhbət Nikolun Ermənistan dövlətinin perspektivi xüsusunda dilə gətirdiklərindən gedir. O demişdi ki, əgər biz 1-2 il dövlətçiliyimizi qoruyub saxlaya bilsək, bu, o deməkdir ki, real dövlət yaratmışıq və yaradırıq. Elə bir dövlət ki, növbəti əsrdə mövcudiyyət imkanı qazanacaq: “İndi, iki ildən sonra mən Ermənistan Respublikasının baş naziri kimi Ermənistan Respublikası parlamentinin tribunasında dayanıram və bəyan etməliyəm ki, ortamüddətli perspektivdə bizim əbədi və strateji problemimiz həll olunub. Lakin bir saniyə belə ehtiyatımızı əldən verə bilmərik. Çünki iki il əvvəl yaşadığımız problemlər, onların bəziləri əhəmiyyətli dərəcədə idarəolunan hala gəldi. Amma yeni problemlər ortaya çıxdı ki, onları müəyyən şəkildə idarə etmək lazımdır. “Məzlum millət” və “ordu millət” düsturlarını aşmalıyıq. Yeganə vəzifəmiz öz ərazimizdə vətəndaşların təhlükəsizliyini və rifahını təmin etmək olan sadə, birbaşa dövlət kimi daha möhkəm dayanmaqdır. Biz bu konsepsiyanın əsasında güclənib, “minalanmış sahəni” və ətraf mühiti addım-addım, diqqətlə dəf edərək o mərhələyə çatmalıyıq. “Növbəti əsrdə dövlətimizin mövcudluğuna zəmanət vermişik” deyə biləcəyimiz zamandır”.

***

Görəsən, Paşinyan hansı zəmanətdən danışır? Axı Azərbaycan və Türkiyə ilə münasibətlər qaydasına salınmayıb. L.Ter-Petrosyan 1996-cı ildə fikirlərini həmin vaxtadək Qarabağ danışıqlarındakı tendensiyaları təhlil edərək səsləndirmişdi. Onun müşaviri olmuş, hazırda ABŞ-da pedaqoji fəaliyyətlə məşğul olan Jirayr Liparidyan 44 günlük müharibə müddətində həmin tendensiyalara, kifayət qədər, geniş aydınlıq gətirmişdi. Liparidyan bildirmişdi ki, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistan ərazisi kimi tanımırdı və bu cəhət rəsmi İrəvanı nizamlama prosesində zəif salmış və müvafiq olaraq, güzəştlər qaçılmaza çevrilmişdi.

L.Ter-Petrosyan da yuxarıda diqqətə çatdırdığımız fikirlərini məhz güzəştlərin qaçılmazlığı məntiqini əsas götürərək səsləndirmişdi. Görəsən, nəyə görə Paşinyan müəlliminə qulaq asmadı? Qulaq asmadı bir yana, nə üçün özünün seçki kampaniyası dövründəki tezislərinə xilaf çıxıb Qarabağ kimi “ağır daşı” ölkəsinin “çiynindən” atmaq istəmədi? Məgər bilmirdimi ki, bölgəyə sahiblənmək əzmi varsa, bu, müstəqil dövlət düşüncəsindən qaynaqlana bilməz? Bəlkə də bilmirdi, amma...

Əmması budur ki, Nikol erməni dövlətçiliyini və onun gələcək mövcudiyyətini düşünmədi. “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı bunun ən bariz sübutudur. Paşinyan qlobal güclərin, onu hakimiyyətə gətirənlərin anti-Azərbaycan sifarişlərini yerinə yetirərək “yeni ərazilər uğrunda yeni müharibə!” şüarını irəli sürdü. Məqsəd bəlli idi: Azərbaycanı işğal etmək, onun müstəqil siyasət yeridən qanuni hakimiyyəti devirmək və Qərbin dəstəkləyəcəyi marionet hökumətin formalaşdırılmasını savaş yolu ilə təmin etmək. Çünki Qərb ölkəmizin iqtidarını siyasi səhnədən başqa cür uzaqlaşdırmağın mümkünsüzlüyünü dərk etmişdi. Yaxşı anlamışdı ki, xalq Azərbaycan hakimiyyətini dəstəkləyir. Qərbin hesablamadığı iki xüsus var idi. Birincisi, Azərbaycan xalqının müharibə zamanı da öz iqtidarı ilə həmrəy olacağı. İkincisi, Rusiya. Qərb Moskvanın “erməni sevdasının” kara gələcəyinə siyasi sərmayə yatırdı. Hesab etdi ki, 2018-ci ildə Ermənistanı əldən çıxarmış Kreml müharibədə İrəvana dəstək göstərməklə özünü Paşinyan hakimiyyətinə, necə deyərlər, şirin satacaq. Şirin satacaq ki, yenidən Ermənistandakı mövqelərini geri alsın. Əgər Qərb məqsədinə nail olub həm də Rusiyanın əli ilə Azərbaycanı məğlubiyyətə uğratsaydı, əlbəttə ki, növbəti addım Paşinyanın Moskvaya tam arxa çevirməsi olacaqdı. Necə deyərlər, it başqasının kölgəsində yatır, elə zənn edir ki, öz kölgəsində yatır.

Bəli, Azərbaycan 44 günlük müharibədəki Zəfəri ilə bir çox planları alt-üst etdi. 2020-ci ildən sonra yaşananlar da iki yüz il ərzində erməni amili üzərinə qurulan “ssenarilərin” pozulması idi. Qarabağda separatizm üzərində qərarlaşmış avantürizmin sona çatması da həmçinin. Paşinyan isə heç nəyi öz xoşuna etmədi, ondan hər şey zor gücünə qoparıldı. Nəzərə alsaq ki, T.Petrosyan 1996-cı ildə güzəşt ritorikasından söz açmışdı, Nikol 24 il sonra kompromisdən uzaq məntiq üzərində dayanmaqla yeni düzən formalaşdırmağa cəhd göstərdi. Söhbət, bütövlükdə, Cənubi Qafqazın Qərbin təsiri altına düşəcəyi düzəndən gedir. O, özünü saxta erməni demokratiyasının “qladiatoru” sandı və hesab etdi ki, istədiyini gerçəkləşdirməyi bacaracaq. Ancaq...

Bu gün də Paşinyan Cənubi Qafqazda baş verənlərin mahiyyətini anlamır. Yenə Ermənistanı alət kimi ortaya atır. Sadəcə, İrəvan əvvəl Rusiyanın forpostu idisə, indi Qərbin bloqpostudur. Deməli, müstəqil erməni dövlətçiliyi deyilən şeydən əsər-əlamət yoxdur. Belədə, baş nazirin “Məzlum millət” və onun məntiqi nəticəsi olan “ordu millət” düsturlarından kənar durulmasının vacibliyindən söz açması, dərsi yarımçıq mənimsəyən tələbənin sərsəmləməsi təsirini bağışlamaqdadır. O cümlədən, Nikolun “Real Ermənistan”dan söz açması da. “Real Ermənistan” o halda mövcud ola bilər ki, rəsmi İrəvan Azərbaycanın bütün tələblərini yerinə yetirsin, səmimi şəkildə iddialarından uzaq dayansın, sülh yolu tutsun. Bu durum yaranmayıbsa, deməli, Paşinyanın erməni dövlətçiliyinin perspektivindən danışması əbəsdir, yalnız və yalnız ucuz populizmdir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see152

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see134

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see131

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see125

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see123

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see120

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see119

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see119

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see118

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see118

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see118

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri