“Səfirin qaxınc, giley, etiraf dolu yalvarışları çox iyrəncdir”
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“İranın İrəvandakı səfiri Xəlil Şirqolami gileylənərək deyib ki, Tehranda belə təəssürat formalaşır ki, Ermənistan İrana qarşı yönəlmiş qüvvələrin fəaliyyət mərkəzinə çevrilir. Ən çətin zamanlarda biz Ermənistan xalqı və hökumətinin yanında olmuşuq. Bunun nümunələri çoxdur. Bu gün biz çətin vəziyyətdəyik. İrəvandakı səfirlik qarşısına yığılan şəxslər hər gün bizi və ölkəmizi təhqir edir. Bütün bunlar xalqımızın tarixi yaddaşında qalacaq”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
“Şirqulaminin dediyi "ən çətin zamanlarda Ermənistanın yanında olmuşuq, bunun nümunələri çoxdur" ifadəsi İran rejiminin Azərbaycan və Türkiyəyə, ümumilikdə isə İslama və müsəlman aləminə xəyanət tarixinin acı etirafıdır. Bəli, düz deyir. Ermənistanın xalqımıza qarşı bütün təcavüzləri zamanı molla rejimi onların yanında olub. Hətta son ana qədər Zəngəzur dəhlizinə qarşı çıxmaqla öz xislətini gizlətməyib. Səfirin qaxınc, giley, etiraf dolu yalvarışları çox iyrəncdir, əslində”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















