Icma.az
close
up
RU
Səhər yeməyi üçün faydalı RESEPT Əhvalınız yaxşılaşacaq, diqqətiniz yayınmayacaq

Səhər yeməyi üçün faydalı RESEPT Əhvalınız yaxşılaşacaq, diqqətiniz yayınmayacaq

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. Səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir.

Səhər yeməyi üçün faydalı RESEPT:

Xörək vitamin və minerallarla zəngindir. Bir ay istifadə etdikdən sonra dərinin vəziyyəti, saç və dırnaqların keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bunun üçün isə hazırlanma qaydası aşağıdakı kimidir:
• 4 xörək qaşığı yulaf əzməsi
• 1 xörək qaşığı. kefir və ya az yağlı qatıq
• 7 ədəd. gavalı
• 1 xörək qaşığı kətan toxumu yağı və ya üyüdülməmiş kətan toxumu
• 1 ç.q. kakao
Səhər yeməyini hazırlamağa axşamdan başlamaq daha yaxşıdır. Gavalıların üzərinə 100 ml qaynadılmış su tökün. Kakao, kətan yağı və quru yulaf əzməsini qarışdırın. Qarışığa bir stəkan kefir əlavə edin. Gavalıları doğrayın və qalan maddələrə əlavə edin.

Sizə səhər yeməyinin 7 faydasını təqdim edirik. Ola bilsin ki, bunları bildikdən sonra siz səhər yeməyinə daha ciddi baxacaqsınız.

- Səhər yeməyi insanı gün ərzində ona lazım olan enerji ilə təmin edir.

Həkimlər sübut edir ki, səhər yeməyi insanın iş qabiliyyətinin 30% artırır. Səhər yeməyi üçün ən uyğun vaxt - səhər saat 9-10 radələrində. Çalışın səhər yeməyindən 1 saat tez oyanasınız (iştaha daha gec "oyanır"). İştahanı "oyatmaq" üçün səhər yüngül gimnastika edin.

- Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.

İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir - insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir.

Beləliklə, günorta belə vəziyyətdə olmaq istəmirsinizsə, səhər yeməyindən imtina etməyin.

- Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.

Amerika mütəxəssisləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.

Həmçinin, həkimlərin fikirinə görə, səhər yeməyi üçün müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması və s.) uyğundur. Sıyıqlar insanı uzun müddət ərzində tox saxlayır. Kiçik salat porsiyası, 1 tikə bişmiş ət və ya toyuq da səhər yeməyi üçün çox yaxşı seçimdir.

1 fincan çay və qəhvə içib evdən çıxan insanlara həkimlər xəbərdarlıq edir. Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və bu da vaxt keçdikcə qastritin inkişafına səbəb ola bilər.

- Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.

Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.

Dietoloqların fikirinə görə, səhər yeməyi gündəlik qida rasionunun 25%-ni təşkil etməlidir (nahar - 40-50%, şam yeməyi - 25%).

- Səhər yeməyi artıq çəkidən qoruyur.

Aclıq zamanı insan orqanizmində müdafiə reaksiyası işə salınır - orqanizm daha çox kalori qəbul etməyə çalışır ki, onları ehtiyat üçün saxlasın.

Beləliklə, əgər siz səhər yeməyindən imtina edirsinisə, siz nahar zamanı lazım olandan daha çox yeyəcəksiniz və bu da bədən çəkinizə mənfi təsir edəcək.

- Səhər yeməyi arıqlamağa kömək edir.

İngiltərə dietoloqların fikirinə görə, səhər və axşam sıyıq yeyən insan 1 ay ərzində 2 kq arıqlaya bilər.

- Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.

Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi pozulmalar və xəstəliklərdən qoruya bilər.

İlk növbədə bu qastrit və qəbizliyə aiddir. Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri