Icma.az
close
up
RU
Şəhərin mərkəzində görünməyən təhlükə KONKRET

Şəhərin mərkəzində görünməyən təhlükə KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay mövsümündə insanlar Dənizkənarı bulvar, parklar və digər istirahət məkanlarında internetə qoşulmaq üçün ictimai Wi-Fi şəbəkələrindən daha çox istifadə edirlər. Bu şəbəkələr rahat və ödənişsiz olsa da, şəxsi məlumatların təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər.

Bu təhlükələrdən necə qorunaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, pulsuz Wi-Fi şəbəkələrinin əsas təhlükəsi məlumatların kifayət qədər qorunmamasıdır:

“Xüsusilə parolsuz və ya zəif qorunan şəbəkələrdə kibercinayətkarlar istifadəçilərin internet trafikinə nəzarət etməyə cəhd göstərə bilərlər. Belə hallarda şəxsi məlumatların ələ keçirilməsi riski artır. İstifadəçi internet bankçılığına daxil olarkən, ödəniş edərkən və ya şəxsi hesablarına giriş zamanı daha diqqətli olmalıdır. Açıq Wi-Fi şəbəkəsi üzərindən bank əməliyyatları aparmaq tövsiyə edilmir. Həmçinin dövlət xidmətləri və elektron poçt hesablarına daxil olmaq da risk yarada bilər. Bəzi hallarda fırıldaqçılar rəsmi şəbəkəyə bənzər saxta Wi-Fi nöqtələri yaradırlar. İstifadəçilər fərqinə varmadan həmin şəbəkəyə qoşula və məlumatlarını paylaşa bilərlər. Buna görə də qoşulacağınız şəbəkənin həqiqətən aid olduğu obyektə məxsus olduğuna əmin olmaq lazımdır”.

Ekspert bildirib ki, mümkün olduqda mobil internetdən istifadə daha təhlükəsiz seçim hesab edilir:

“Açıq Wi-Fi-dan istifadə zamanı VPN xidmətlərindən yararlanmaq məlumatların şifrələnməsinə kömək edir. Telefon və kompüterin əməliyyat sistemini mütəmadi yeniləmək də vacibdir. İki mərhələli identifikasiya funksiyasını aktiv saxlamaq hesabların qorunmasını gücləndirir. Şəxsi məlumatlarınızı tələb edən naməlum saytlara daxil olmamaq lazımdır. Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra fayl paylaşımı funksiyasını söndürmək tövsiyə edilir. İstifadə bitdikdən sonra isə həmin şəbəkəni cihazdan unutdurmaq faydalıdır ki, telefon sonradan avtomatik qoşulmasın. Hər pulsuz Wi-Fi təhlükəli olmasa da, istifadəçi təhlükəsizlik qaydalarına əməl etməlidir. Sadə ehtiyat tədbirləri şəxsi məlumatların oğurlanması riskini əhəmiyyətli dərəcədə azaldır. Rəqəmsal təhlükəsizlik gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də rahatlıq naminə şəxsi məlumatların təhlükəyə atılmasına yol vermək olmaz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyul 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri