Səhərlər özünüzə gələ bilmirsiniz? Gecə bunları etməyin
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səhər yuxudan oyandıqda özünü yorğun və halsız hiss etmək yuxu rejiminin pozulması, gec saatlarda qida qəbulu və düzgün olmayan gündəlik vərdişlərlə bağlı ola bilər.
"Yeni Sabah" xəbər verir ki, səhər daha enerjili oyanmaq üçün ilk növbədə yuxu rejimini sabit saxlamaq, hər gün eyni saatlarda yatıb-durmaq tövsiyə olunur. Yetkin insanlara adətən gecə 7-9 saat keyfiyyətli yuxu lazımdır.
Mütəxəssislər yatmazdan əvvəl telefon, planşet və kompüter kimi elektron cihazlardan istifadənin azaldılmasını məsləhət görür. Ekran qarşısında uzun müddət qalmaq yuxuya getmə prosesini çətinləşdirə və yuxunun keyfiyyətinə təsir göstərə bilər. pizza mizza
Gecə saatlarında ağır yeməklərdən, həddindən artıq kofein qəbulundan və çoxlu maye içməkdən də çəkinmək faydalıdır. Yataq otağının sakit, qaranlıq və sərin olması da daha rahat yuxuya kömək edə bilər.
Səhər oyandıqdan sonra isə pərdələri açaraq gün işığından faydalanmaq, bir qədər su içmək və yüngül hərəkətlər etmək orqanizmin oyanmasına kömək edə bilər.
Əgər insan kifayət qədər yatmasına baxmayaraq uzun müddət səhərlər davamlı şəkildə yorğun oyanırsa, bunun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Sentyabr 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















