Icma.az
close
up
RU
Şəhid İlham Abbasovun xatirəsi anılıb

Şəhid İlham Abbasovun xatirəsi anılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Füzuli, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

44 günlük Vətən müharibəsinin şəhidi Abbasov İlham Əli oğlunun anım günündə məzarı ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə şəhidin ailə üzvləri ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Mərasimdə şəhid İlham Abbasovun həyatından və döyüş yolundan danışılıb. Bildirilib ki, əslən Füzuli rayonunun Dilağarda kəndindən olan İlham Abbasov 2000-ci ildə Biləsuvar rayonunun İkinci Çadır şəhərciyində anadan olub. 2003-cü ildə ailəsi ilə birlikdə Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsinə köçüblər. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanan İlham sərhədçi olaraq Vətənin keşiyində dayanıb və hərbi xidməti fərqlənmə ilə başa vurub. İlham daha sonra müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətini davam etdirib. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə cəbhənin yarılmasında şücaəti ilə seçilib. O, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see579

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see460

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see383

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see355

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see252

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see233

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see233

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see232

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see218

Livitt istefa verdi

13 Avqust 2026 00:16see204

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see203

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see199

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see192

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see176

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see175

Tramp Türkiyədən gizli təyyarəyə ilə aparılıb?

11 Avqust 2026 08:26see174

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see169

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see168

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see161

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri