Şəhid Orxan Cumayevin doğum günü qeyd olundu FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zaqataladan olan Vətən müharibəsi şəhidi Orxan Cumayevin bu gün doğum günüdür.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Orxan Cumayev 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Vətən Müharibəsi başlayanda isə o, könüllü olaraq ordu sıralarına qatılıb. Döyüş yoldaşlarının dediyinə görə, düşmənlə döyüşə gedərkən ətrafındakıları ruhlandıra bilən Orxan, vətən torpaqlarının azad olunacağına heç bir şübhəsi olmayıb.
Ordumuzun əsgəri Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. O, oktyabrın 8-də Ağdərə istiqamətində düşmənlə açıq döyüşdə şəhid olub. Lakin nəşi neytral zonada qaldığına görə noyabr ayının 2-də çıxara biliblər. Orxan Zaqatala şəhərinin Qaladüz qəbiristanlığında dəfn olunub.
Bu gün bu qarlı, şaxtalı yanvar günündə şəhidimizin anası Rahilə ana şəhid oğlunun məzarını ziyarətə gedərkən jestlə qarşılaşıb. Əslində, Zaqatalada bu, artıq ənənəyə çevrilib. Şəhid ailələri, rayon ziyalıları, müvafiq idarələrin əməkdaşları, ictimaiyyət nümayəndələri kimsəni gözləmədən şəhidləri anım və doğum günlərində ziyarətə gəlir.
Bu gün də belə olub. Şəhid Orxan Cumayevin məzarı başında dualar oxunub, cümlə şəhidlərimizin ruhuna salavat çevrilib.
Daha sonra şəhid anası evində də tək buraxılmayıb, xeyirxah insanlar onun süfrəsi başında bir araya gəliblər.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















