Icma.az
close
up
RU
Şəhid övladları üçün təşkil edilən “Yay məktəbi” uğurla davam edir

Şəhid övladları üçün təşkil edilən “Yay məktəbi” uğurla davam edir

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə iyulun 8-dən start götürən şəhid övladları üçün təşkil edilən “Yay məktəbi”nin üçüncü günü uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Elmar Fətəliyev ilə görüşüblər. Görüş zamanı Həsən Məmmədov uşaqlara dinimiz, onun mahiyyəti və əxlaqi dəyərləri barədə ətraflı məlumat verib. Onlara milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti, İslamın insanları sülhə, mərhəmətə və dürüstlüyə çağırdığı izah edib. Bu söhbət uşaqlarda həm dini biliklərini artırıb, həm də onlarda milli kimliyimizə və mənəvi irsimizə daha böyük maraq yaradıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimdə uşaqlar uğur qazanmağın, özgüvənli olmağın sirləri barədə müzakirələr aparıblar, oyunlar oynayıblar.

Qəhrəman şəhidlərimizin övladları böyük ekranda maraqlı filmə tamaşa ediblər.

Xatırladaq ki, dörd gün davam edəcək yay məktəbinin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və pariya fəalları ilə birlikdə şəhər Şəhidlər Xiyabanına gediblər. Onlar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.Sonra şəhid övladları YAP Gəncə şəhər təşkilatının qərargahında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla səmimi söhbət ediblər. ”Yay məkəbi”nin ikinci günü uşaqlar şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında ətraflı məlumat alıblar.Heydər Əliyev Park kompleksindəki “GəncLand” adlı istirahət və əyləncə mərkəzindəki attraksionlardan, avtodrom və oyun meydançasından istifadə edən şəhid övladları xoş anlar yaşayıblar.Sonra uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimdə iştirak ediblər.

Sonuncu, dördüncü gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya edəcəklər.

Qeyd edək ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyul 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri