Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36 cı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılır
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılır.
Newscenter.az xəbər verir ki, ənənəvi olaraq faciənin ildönümü ilə əlaqədar xiyabanın girəcəyində Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılacaq.
Bu işlərə adətən təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür, zədələnmiş plitələri dəyişdirir, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Anar
Bu mövzuda digər xəbərlər:20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb
13 Yanvar 2025 13:17
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri davam edir
16 Yanvar 2025 15:44
Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT VERDİ
20 Yanvar 2025 09:45
Pezeşkian Şəhidlər xiyabanında
28 Aprel 2025 18:02
V.Matviyenko Şəhidlər xiyabanında
18 Mart 2025 10:05
Baxış sayı:79
Bu xəbər 12 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















