Şəhidlərlə bağlı sosial mediada paylaşım edən keçmiş hərbçilərə qarşı cinayət işi açılıb
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasından əvvəl "C-130" yük təyyarəsində həlak olan hərbçilər barədə sosial mediada paylaşan edən şəxslərə qarşı cinayət işi açıb.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Zeki Aktürk məlumat verib.
"11 noyabr 2025-ci il tarixində Azərbaycan-Gürcüstan sərhədində "C-130" hərbi yük təyyarəmizin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçimiz barədə Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasından əvvəl sosial media hesablarında paylaşım edən şəxslərə qarşı cinayət işi açdığımızı daha əvvəl bildirmişdik.
Axtarış-xilasetmə işləri davam edərkən şəhid ailələrinin ağrı-acılarına məhəl qoymayan, ilk paylaşım etmək üçün yarışan sosial şəbəkə istifadəçiləri arasında istefada olan hərbi qulluqçuların da olduğu müəyyən edilib. Həmin şəxslərə qarşı cinayət işi açılmaqla yanaşı, onların orduya aid bir sıra qurumlara girişi də qadağan edilib", - deyə Aktürk bildirib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















