Səhiyyə naziri: Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alan 17 Azərbaycan vətəndaşından 3-ü müalicələrini Qazaxıstanda davam etdirirdilər. Qazaxıstanlı həmkarların çevik və peşəkar yanaşması nəticəsində onların bu gün Bakıya təxliyə məsələsi müzakirə olunub. Prezident İlham Əliyevin göstərişi ilə iki xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollanıb. Hazırda həmin üç Azərbaycan vətəndaşı Bakıya gətirilib və müalicələrini “Yeni Klinika” tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirirlər. Onların hamısının vəziyyəti ağır-stabildir”.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, xəsarət alan 17 nəfərdən doqquzu bu gün evə buraxılıb. Hazırda reanimasiyaya üç nəfər yerləşdirilib, beş nəfər isə stasionar şəraitdə müalicə alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















