Icma.az
close
up
RU
Səhiyyədə kağızsız dövr BAŞLADI

Səhiyyədə kağızsız dövr BAŞLADI

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“2025-ci ili Azərbaycan səhiyyəsinin rəqəmsal transformasiyasında dönüş nöqtəsi kimi qiymətləndirmək tam əsaslıdır. 

Məhz bu ildən etibarən səhiyyə sahəsində əsas sənədlərin kağız daşıyıcılardan istifadədən çıxarılması, elektron reyestrlərin mərkəzləşdirilməsi və xidmətlərin real vaxt rejimində inteqrasiyası təmin edilib”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb. 

Onun sözlərinə görə, rəqəmsallaşma prosesi pilot mərhələdən çıxaraq sistemli və ölkəmiqyaslı tətbiq mərhələsinə keçib: 

“Geridə qalan dövr ərzində səhiyyənin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların sağlamlıq məlumatlarını vahid, təhlükəsiz və əlçatan informasiya məkanında birləşdirən, qurumlararası maneələri aradan qaldıran və innovasiyalara açıq olan vətəndaş yönümlü sistemin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

2025-ci ildə icra edilən layihələr Azərbaycanın səhiyyə sisteminin fundamental şəkildə yenidən qurulmasını hədəfləyən vahid strateji yanaşmanın tərkib hissəsidir”. 

Bu il ərzində e-Bülleten (elektron xəstəlik vərəqəsi) və e-Epikriz sistemlərinin tam tətbiqi nəticəsində vətəndaşların tibbi məlumatlarının vahid və mərkəzləşdirilmiş reyestrdə toplanması təmin edilib. Bu yanaşma pərakəndə məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına imkan yaratmaqla səhiyyə sisteminin institusional əsaslarını möhkəmləndirib. 

Bütün Səhiyyə İnformasiya Sistemlərinin myGov portalı və Digital Login platforması ilə inteqrasiyası nəticəsində sistemlərə girişlərin vahid Rəqəmsal Landşaft çərçivəsində mərkəzləşdirilməsi təmin edilib. 

Bununla da vətəndaşların reseptlərə, peyvənd məlumatlarına və elektron xəstəlik vərəqələrinə sürətli, təhlükəsiz və rahat çıxışı mümkün olub. Sözügedən yanaşma dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan şəkildə təqdim edilməsinə, eləcə də inzibati prosedurların sadələşdirilməsinə və inzibati yükün əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edib. 

Mütəxəssis bildirib ki, Səhiyyə Nazirliyində ilk dəfə yaradılmış və 24/7 rejimində fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) genişlənən rəqəmsal infrastrukturu kiber təhdidlərdən etibarlı şəkildə qoruyur: 

“Qeyd olunan nailiyyətlər qarşılıqlı şəkildə bir-birini tamamlayaraq Vahid Səhiyyə Ekosisteminin formalaşdırılmasına xidmət edir və Azərbaycan səhiyyə sistemini daha proaktiv, səmərəli və vətəndaş mərkəzli bir idarəetmə modelinə yaxınlaşdırır”. 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri