Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Səhnə arxasında Bir rəsmin dedikləri

Səhnə arxasında Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı xoreoqraf Zinarə Qəmbərovadır. Müsahibimizlə Xalq rəssamı Böyükağa Mirzəzadənin "Səhnə arxasında" əsərindən danışmışıq.

Böyükağa Mirzəzadə 21 fevral 1921-ci ildə Bakının Fatmayı kəndində anadan olub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, daha sonra Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olsa da, müharibə səbəbi ilə təhsilini Bakıda tamamlamışdı. Mirzəzadə portret, mənzərə, natürmort və səhnə mövzularında yaratdığı əsərlərlə Azərbaycan rəngkarlığının görkəmli nümayəndələrindən biri olub. Mirzəzadə yaradıcılığında klassik ənənə ilə Avropa rəngkarlıq məktəbinin təsiri harmonik şəkildə birləşir. Balet və teatr sənətinə olan xüsusi marağı rəssamın fiqur plastikasında, ritm duyumunda və işıq-kölgə həllərində özünü göstərir. Böyükağa Mirzəzadə 2007-ci ildə 86 yaşında vəfat edib.

- "Səhnə arxasında" Böyükağa Mirzəzadə yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Azərbaycan təsviri sənətinin klassik ənənələrini müasir dövrün estetik prinsipləri ilə birləşdirən Böyükağa Mirzəzadə ölkənin sənət tarixində özünəməxsus mövqeyə malikdir. Onun yaratdığı hər bir əsər yalnız müəyyən bir anın təsviri deyil, həm də həmin məqamın emosional atmosferinin dərin təhlilidir. "Səhnə arxasında" tablosu da bu baxımdan rəssamın psixoloji müşahidə qabiliyyətini, insan xarakterlərinin daxili dinamizmini ifadə edən nadir işlərdəndir. Tabloda yalnız bir səhnə göstərilmir - burada teatrın, sənətin və yaradıcı insanın iç dünyasının simvolik mənzərəsi açılır. Mirzəzadənin bu əsəri XX əsrin ikinci yarısında çəkildiyi məlumdur. Bu dövr rəssamın yaradıcılığında teatr, səhnə arxası və aktyor psixologiyasına artan maraq ilə xarakterizə olunur. Azərbaycan səhnə mədəniyyəti sürətlə inkişaf edir, teatr sənəti özünün yeni mərhələsinə qədəm qoyurdu. Rəssamın humanist baxışları, xüsusilə yaradıcı insanın daxili çətinliklərinə və emosional yaşantılarına diqqət yetirməsi həmin illərin incəsənət istiqamətləri ilə səsləşirdi.

- Əsərin kompozisiyası necədir?

- Tabloda təsvir olunan qadın fiquru ilk baxışdan sadə görünür. Lakin onun duruşundakı müəyyən gərginlik, düşüncəli baxışı və yaxud içə qapanmış meditativ halı əsərin psixoloji gücünü artırır. Rəssam burada işıq-kölgə həllindən istifadə edərək obrazın daxili aləminə keçid yaradır: üzün solğun işıq altında təsvir olunması, arxa fonda qaranlıq səhnə atmosferi obrazın daxili təlatümlərini qabardır. Paltardakı klassik qırmızı və qızılı çalarlar yalnız teatr kostyumunun detalı deyil, həm də özündə bir simvolizm daşıyır. Qırmızı rəng emosional gərginlik, səhnə həyəcanı və yaradıcılıq coşğusunu ifadə edir. Qızılı tonlar isə sənətkarın səhnəyə çıxmazdan əvvəl keçirdiyi məsuliyyət hissi, daxili hazırlıq və özünüdərk prosesinə işarə edir.

- Tablonun rəng həlli haqqında nə deyə bilərsiniz?

- Böyükağa Mirzəzadənin rəng səciyyəsi orta əsr və Şərq miniatürlərinin plastikasına, həmçinin Avropa modernizminin lirizminə əsaslanır. Fırça toxunuşlarının yumşaqlığı, rəng keçidlərinin incəliyi əsərin poetik ruhunu daha da gücləndirir. Rəssam burada hiperrealist dəqiqlikdən deyil, emosional təsvir dilindən istifadə edir. Bu isə əsəri yalnız vizual yox, həm də mənəvi təcrübəyə çevirir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Səhnə arxası - tamaşaçı üçün görünməyən, lakin sənətkar üçün ən mühüm məkanlardan biridir. Burada aktyorun real həyatı səhnə həyatı ilə qovuşur, emosiyalar qarşıdurma yaşayır, insan öz daxili həyəcanları ilə üz-üzə qalır. Mirzəzadə bu qarşıdurmanı məhz bir anın təsviri ilə verə bilib: qadın obrazı sanki öz-özünə suallar verir, daxili monoloqa qərq olur. Bu dialoq sənət, insan və həyat arasında qurulan metaforik münasibətlər sisteminin açarıdır. Əsər Azərbaycan təsviri sənətində teatr mövzusunun təcəssümündə mühüm bir mərhələdir. Bu əsər həm teatr mədəniyyətinin vizual sənətdə ifadəsinə töhfə verir, həm də yaradıcı insanın iç dünyasının incə psixoloji təhlilini təqdim edir. Rəssam burada dekorativliklə psixoloji dərinlik arasında balans yaradaraq milli incəsənətdə nadir rast gəlinən bir məzmunsallıq nümayiş etdirir. Böyükağa Mirzəzadənin "Səhnə arxasında" əsəri Azərbaycan təsviri sənətinin ən təsirli psixoloji portretlərindən biridir. Bu tablo, sadəcə, səhnəyə çıxmağa hazırlaşan bir qadın obrazı deyil. Bu, sənətkarın nəfəsidir, insanın daxilində baş verən sənətə hazırlıq prosesinin poetik təsviridir. Əsər həm estetik, həm psixoloji, həm də bədii dəyərinə görə dövrünün incəsənət tendensiyalarını dərindən əks etdirir və bu gün də aktuallığını qoruyur.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri