Icma.az
close
up
RU
Şəki Zaqatala bölgəsində “Uşaq İncəsənət Festivalı 2025”in ikinci mərhələsi üzrə seçimlər davam edir

Şəki Zaqatala bölgəsində “Uşaq İncəsənət Festivalı 2025”in ikinci mərhələsi üzrə seçimlər davam edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şəki, 14 avqust, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər şimal-qərb bölgəsində uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, festival Şəki -Zaqatala regionunda 22 nöminasiya üzrə 497 məktəblini əhatə edir.

Növbəti mərhələnin seçim turunda əməkdaşlarımız da iştirak edib.

Şimal-Qərb bölgəsində Uşaq İncəsənət Festivalının seçim turları Şəkidəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbələ məktəblisi İnci Həmidova ilk iştirakçı kimi çox həyəcanlı olduğunu söyləyir. “Lakin pianino arxasında əyləşəndən sonra bütün həyəcanım getdi. Ümidliyəm ki, növbəti mərhələyə keçə biləcəyəm ”,- deyən İncidən onu da öyrənirik ki, Qəbələ uşaq incəsənət məktəbinin 2-cü sinfində təhsil alır. Gələcəkdə bu sahə üzrə professional mütəxəssis kimi yetişmək arzusundadır

Festivalın seçim turunda bölgənin bütün rayonlarından müxtəlif yaş qrupunda iştirakçılarla qarşılaşmaq mümkündür. Öyrənirik ki, ən çox nümayəndə ilə qatılanlar sırasında Balakən rayonu da var.

Balakən Uşaq İncəsənət məktəbinin nümayəndəsi Nərgiz Ramazanovanın sözlərinə görə, builki seçim turlarına 70-dən çox şagird qatılıb.

İncəsənətin müxtəlif sahələrini əhatə edən münsiflərə ancaq fasilə zamanı yaxınlaşa bilirik. Öyrənirik ki, hər bir iştirakçıya çıxışlarının cavabları elektron qaydada portal vasitəsi ilə yönləndirilir.

Münsiflər heyətinin üzvü Nərgiz Əsgərovanın sözlərinə görə, uşaqlar bu festivala çox böyük həvəs və maraqla, məsuliyyətlə hazırlaşıblar.

Bu festival ümid edirəm ki, uşaqların gələcək həyatında böyük rol oynayacaq .

Qeyd edək ki, Şəki-Zaqatala bölgəsi üzrə festivalın II mərhələsinin seçim turları avqustun 21-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri