Şəkidə vətəndaşları aldadan 58 yaşlı kişi HƏBS EDİLDİ FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, 58 yaşlı Rasim Həsənov zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri-yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verib.
Sözügedən vədlərinin qarşılığında saxlanılan şəxs 165 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
“R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər”- nazirlik çağırış edir.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 29 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















