Səlahiyyətli nümayəndə növbəti vətəndaş qəbulu keçirib
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
Səlahiyyətli nümayəndə şəhər sakinlərinin, o cümlədən şəhid ailəsi üzvləri və qazilərin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Səbuhi HƏSƏNOV
XQ-nin bölgə müxbiri

Səlahiyyətli nümayəndə vətəndaşları qəbul edib
23 Dekabr 2024 17:23
Səlahiyyətli nümayəndə Macarıstan nümayəndə heyətini qəbul edib
14 May 2025 19:45
Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib
12 Noyabr 2024 11:06
Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib
29 Noyabr 2024 21:00

