Selcan Qafarova: “Aksiyada 200 dən çox donor iştirak edir”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Qanvermə aksiyasında toplanan qan talassemiyadan əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub".
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin əməkdaşı Selcan Qafarova deyib.
O, “İdman həftəsi” çərçivəsində könüllü qanvermə aksiyasının ənənəvi olaraq keçirildiyini vurğulayıb: “5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası artıq neçə ildir ki, ənənəvi olaraq təşkil olunur. Budəfəki aksiyamızda 200-dən çox donor iştirak edir. Onların içərisində idman ictimaiyyətinin nümayəndələri, federasiya nümayəndələri iştirak edir".
Qeyd edək ki, qanvermə aksiyası Milli İdman Tibb və Reabilitasiya İnstitutunda keçirilir.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:303
Bu xəbər 03 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















