Icma.az
close
up
RU
Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Niyə bəzi selfilər özündə inam və cazibə əks etdirir, digərləri isə süni, cansız və maraqsız görünür? 

Qaynarinfo xəbər verir ki, portret və kontent çəkilişi üzrə fotoqraf Roman Yuklyayevski gazeta.ru-ya müsahibəsində texniki baxımdan keyfiyyətli olsa da, şəkli korlayan beş əsas səhvi izah edib.

1. Uğursuz fon

Fon arxa planda təsadüfi insanlar, güzgüdə əkslər, çox işıqlı və ya qaranlıq sahələr, diqqəti yayındıran naqillər və lazımsız əşyalar kimi amillərlə şəkli pozur.

"Bu, ən bəsit, amma çox rast gəlinən bir səhvdir. Səliqəsiz və uyğunsuz fon diqqəti əsas obyektin üzərindən yayındırır, vizual səs-küy yaradır və sanki diqqətsiz və ya məsuliyyətsiz olduğunuzu göstərir. Cəmi 10 saniyə vaxt ayırın: ətrafınıza baxın, artıq əşyaları yığışdırın, təmiz divar, maraqlı tekstura və ya pəncərədən baxan harmonik mənzərə seçin", deyə Yuklyayevski bildirir.

2. Boş baxış və süst ifadə

İçində həyat, fikir və hiss olmayan gözlər də selfini pozan əsas səbəblərdəndir: "Kamera sadəcə şüşə deyil, sizin danışdığınız tərəf müqabilidir”, – fotoqraf vurğulayır. "Obyektivə süzülən yox, sanki yaxın bir dostun gözlərinə baxırmış kimi baxın. Hisslərinizi az da olsa əks etdirmək selfini dərhal daha canlı və səmimi edəcək".

3. Eyni rakursda təkrar çəkilişlər

Tək bir bucaqdan çəkilmiş saysız-hesabsız şəkillər monoton və ifadəsiz obraz yaradır: "Üz üçölçülüdür və mimikası çoxşaxəlidir. Bir rakurs heç vaxt üzünüzün tam gözəlliyini və xarakterini göstərə bilməz”, – deyə ekspert izah edir. "İnsanlar 'təhlükəsiz' rakursa öyrəşir, amma bu, həmişə ən yaxşısı deyil. Başınızı bir az əyin, çənənizi yuxarı və ya aşağı hərəkət etdirin, birbaşa yox, üçdə üç bucaqdan çəkiliş edin. Eksperimentlərdən çəkinməyin".

4. Uğursuz işıqlandırma

Göz altı və burun altındakı sərt kölgələr, ya da çox zəif, həcmdən məhrum işıq – uğurlu selfinin əsas düşmənləridir. Yanlış işıqlandırma sizə əlavə 5-10 il yaş qata bilər. Uşaqlıqda fənəri üzümüzə altdan tutub qorxutmağa çalışdığımız anları xatırlayın – bu da eyni effektdir.

"Sizin üzünüzü formalaşdıran heykəltəraş - işıqdır. Ən ideal variant – pəncərə yaxınlığında, lakin birbaşa günəş işığı olmadan, yumşaq və yayılmış təbii işıqdır. Baş üzərindəki (çox yüksək) işıq qorxunc kölgələr yaradır. Əgər təbii işıq azdırsa, işıq mənbəyi (məsələn, halqa lampa) istifadə edin və onu göz səviyyəsindən bir qədər yuxarı və yan tərəfdə yerləşdirin. Portret çəkilişləri üçün klassik bucaq – 45 dərəcəlik işıq bucağıdır", deyə deyə Yuklyayevski qeyd edir.

5. Süni emosiyalar və "mexaniki" təbəssüm

Zorla yaradılan "növbətçi” gülümsəmə, yaxud başqalarının gözlədiyini düşündüyünüz ifadə tez bir zamanda qeyri-səmimi kimi qəbul edilir: "Təcrübəmdə insanların ən çox dediyi söz budur: 'Mən fotoda özümə bənzəmirəm'”, – fotoqraf paylaşır. "Bunun səbəbi süni və qeyri-təbii ifadədir. Səmimilik imitasiya olunmur, o içdən gəlir. Mexaniki şəkildə dodaqları gülümsəməyə məcbur etmək əvəzinə, sizi sevindirən və müsbət emosiyalar doğuran bir şeyi düşünün. O hissə fokuslanın. Gözlərlə gülümsəmək (göz ətrafındakı 'şüa' əzələlərinin aktivləşməsi) hər zaman daha inandırıcı və cazibədar görünür, nəinki boş və geniş təbəssüm".

Yekun fikir: Selfi - texnika yox, hiss məsələsidir

"Yaxşı selfi yalnız kameranın texniki göstəricilərindən ibarət deyil. Bu, obyektiv vasitəsilə özün və dünya ilə şüurlu təmas anıdır. Bu beş tələdən yayın: fonu idarə edin, baxışa məna və əlaqə qatın, fərqli rakurslar sınayın, işıqla dost olun və ən əsası – emosiya baxımından səmimi olun. Stereotip gözəllik anlayışının arxasınca qaçmayın. Sizin selfiniz sizi – canlı, real və xarakterli insanı əks etdirməlidir. Özünüzü rahat və təbii hiss etdiyiniz an, bu şəkilə də əks olunacaq və başqalarının da diqqətini cəlb edəcək", deyə deyə Yuklyayevski vurğulayır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri