“Səma ilə görüş filmi Masallıda təqdim edildi
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “Səma ilə görüş" filmi nümayiş edilib.
Ekran əsəri Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə "Kino Sənayesinin İnkişafı” İctimai Birliyinin “Hər kəs üçün kino” layihəsi çərçivəsində təqdim olunub.
Təqdimat aktyorlar Taleh Yüzbəyov, Oqtay Mehdiyev, Nəzakət Heydərova və digərlərinin iştirakı ilə gerçəkləşib.
Mərasimdə Mədəniyyət Mərkəzinin direktoru Ceyhun Bəşirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda tədbir iştirakçıları ilə aktyorlar arasında filmin müzakirələri aparılıb.
