Icma.az
close
up
RU
Sən sevdiyin kişinin başdaşını da sevirsən!..

Sən sevdiyin kişinin başdaşını da sevirsən!..

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Ne haste bekler sabahı

ne taze ölüyü mezar,

ne de şeytan bir günahı

seni beklediyim kadar...” (Nəcib Fazil Qısakürək)

Bir türk əfəndi varmış və o gecələr durub vaxtsız azan oxuyarmış... Hörmətindən dolayı heç kəs də soruşa bilməz ki, əfəndim, niyə belə edirsiniz? Sonda biri ona bu sualı verir. Əfəndi deyir, mənim yaşadığım məhəllədə sağalmaz xəstələrin ölümünü gözlədiyi bir xəstəxana var. Ölümünü gözləyənlərin sabahı gözlədiyi kimi heç kim, heç nəyi gözləyə bilməz. Mən də gecələr azan deyirəm ki, həmin xəstələr sübhün gəldiyinə aldanıb təskin olsunlar.

Mətanət İsgəndərlinin “Gecələr”i vaxtsız azandır.

“Taleyim mənim”, “Gecədən sübhə qədər” “Solma gülüm”. “Gecələr” “Səni sevdim”, “Sevdirə bilmədim özümü sənə”. “Mənim adım eşq”, “Axtarma məni”... Oxuduğu mahnıların adları yanaşı qalanda da hekayə olur. 

Mətanət xanımı əvvəlcə anam kimi sevmişəm. Mahnılarının məsləhətində məstan-məstan ləzgi qızları sevmişəm. Özlərindən xəbərsiz elə aşiq olmuşam ki, minnətləri olsun. Bu gün də Mətanət İsgəndərli mahnılarında yaşayırlar. 

Mahnılarından tutub böyüdüm, özünə aşiq oldum. Nə qədər mikrofonlara qırmızı-qırmızı danışsam da, heç bir qaranlığa pıçıldaya bilməyəcəyim qədər azarlı eşq!

“Seviyorum seni...

Geceleyin ateşler içinde uyanarak

ağzımı dayayıp musluğa su içer gibi! (Nazim Hikmət)

Müsahibə ala bilməyəcəyim qədər!  

Əvvəllər düşünürdüm, yəqin əvvəlki həyatlarımdan birində Mətanət xanım anam olub, bir sonrakında sevgilim. Yoxsa belə “ikisibirində”lik olmaz! 

“Bacı qurban”dan sonra düşündüm ki, Mətanət nə vaxtsa bacım da olub. Sevdiyi şəxs xalq düşməni də olsa, onu əlindən tutub biçarə sevgisinə qovuşmaq üçün zindana apara biləcəyim bacım! Heykələ dönsə, Bıdı kimi ağlayacağım Mətanət bacım.

Bu yazını oxuyanda kimlərsə pafos hiss eləyə bilər. Ancaq o adamların heç biri uşaqlıqda lalə qönçələrini “qızdır, yoxsa oğlan?” bəhsinə girib bir-bir parçalamayıb. Parçalasaydılar, oğlan çıxan lalə çiçəklərinin ürkək çəhrayısını Mətanətin titrək səsində tapacaqdılar və həmin şəxslərin heç biri bu yazıda zərrə pafos görməyəcəkdilər. 

İzaholunmaz şeylər yaranırsa, yaşayırsa, bu laübalıq bəşəriyyətin ömrünü uzadır. Mətanət də səsindəki ilğım ümidi ilə bəşəriyyətin ömrünü uzadır. Çünki həmin yanğını da sözlə ifadə etmək olmur. Onun səsindən danışmaq istəyəndə yalnız bir əlimizin barmaqlarını bir-birinə sürtə-sürtə xeyli uzaqlara baxa bilərik, yaxşı susa bilərik. 

Onun səsini eşidəndə sanki oralardan bir qəfəs görmüş bülbüli-qüdsi gəlib buramızda oxuyur, düz buramızda!

Heç bir mahnı ilk ifaçısından gözəl eşidilməyib yenisinin səsində. Ancaq Yalçın Rzazadə ən sevdiyim sənətkarlardan olsa da, Mətanət İsgəndərlinin bağladığı “Mənim taleyim”də Vaqif Bayatlı təbirində “bir dön geri bax” yeri var. 

Onun mahnıları təkcə solo hissəsində deyil, ansambl ifasında da mətanətini itirmir. 

Məsələ təkcə onun səsində də deyil. Xüsusən də son mahnılarını ifa edəndə üzündə uzaq bir təbəssüm peyda olur; sanki bir bildiyi var, heç kəsin o şeydən xəbəri yoxdur! Sanki həmin sirri desə də, heç kəs anlayan deyil. Elə bil, mahnıları ilə bizi aparmaq istədiyi yerlərin kədərini daşıyır gözlərində. Sirat körpüsüdür o baxışlar - burayla Mətanətin dünyası arasında!

Gənclik yaşımı ötdükcə Mətanəti qızım kimi sevirəm... Nə zamansa “onu sevmə!” dediyim qızım. Təkcə onu yox! Ümumiyyətlə, sən sevmə! Çünki sən sevdiyin kişinin başdaşını da sevirsən! 

“Uşaqlar qurbağaları zarafata daşlayırlar, amma qurbağalar həqiqətən ölür”. (Bertolt Brext). 

Sənin sevgin zarafata gəlməz. Bunu yalnız səni sevənlər bilər! 

Heç vaxt Mətiş deyə bilməyəcəyim Mətanət balam! Bir də aşiq olma...

Qeyd edək ki, bu gün Əməkdar artist Mətanət İsgəndərlinin doğum günüdür, onun 62 yaşı tamam olur. 

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see275

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see242

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see231

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see218

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see216

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see215

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see209

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see200

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see189

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see186

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see185

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see184

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see182

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see182

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see171

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri