Icma.az
close
up
RU
Serbiya, Azərbaycan və Ermənistan suverenliyi qoruyaraq əməkdaşlıq etməlidir Aleksandar Vuçiç

Serbiya, Azərbaycan və Ermənistan suverenliyi qoruyaraq əməkdaşlıq etməlidir Aleksandar Vuçiç

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Serbiya, Azərbaycan və Ermənistan süni intellekt, innovasiyalar və müdafiə kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməli, eyni zamanda öz suverenliyini və milli maraqlarını qorumalıdır.

Milli.Az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Vuçiçin sözlərinə görə, müasir dünyada "böyük balığın kiçik balığı beynəlxalq qaydalara məhəl qoymadan udduğu" bir şəraitdə kiçik dövlətlər arasında qarşılıqlı əlaqə xüsusilə vacibdir.

"Biz bir-birimizlə yola getməliyik, əməkdaşlıq etməliyik, birgə çox iş görməliyik. Çünki bu gün qaydaların və tənzimləmənin çatışmadığı bir dünyada biz özümüz özümüzə qayğı göstərməli olacağıq", - deyə o, qeyd edib.

Serbiya Prezidenti vurğulayıb ki, region ölkələri seçim qarşısındadır: yeni formalaşan böyük qlobal güc mərkəzlərinə qoşulmaq və ya müstəqilliklərini qorumaq. O, Serbiya, Azərbaycan və Ermənistanın suverenlik yolunu seçəcəyinə əminliyini ifadə edib.

"Azərbaycan xalqını, erməni xalqını və serb xalqını tanıyaraq əminəm ki, biz ikinci variantı - ölkələrimizin, xalqlarımızın, suverenliyimizin və müstəqilliyimizin qorunmasını, əlbəttə ki, hamı ilə əməkdaşlıq etmək istəyi ilə - seçəcəyik", - deyə Vuçiç bildirib.

O, həmçinin innovasiyalar sahəsində daha sıx əməkdaşlığa və müntəzəm siyasi məsləhətləşmələrə çağırış edib.

Vuçiç əlavə edib ki, Ermənistanı və Azərbaycanı dost ölkələr hesab edir və Qafqaz dövlətlərinin Avropa ilə Asiya arasında körpü kimi strateji əhəmiyyətini vurğulayıb.

"Birlikdə olanda biz daha güclüyük. Qafqaz ölkələri Avropa ilə Asiya arasında əsas vasitəçi və eyni zamanda təmas nöqtəsinə çevrilib. Biz hər üçümüz Avropa Siyasi Birliyinin üzvləriyik. Aİ-yə gedən yoldayıq, bu prosesdə Serbiya bir qədər irəliləyib, lakin ümumilikdə oxşar vəziyyətdəyik", - deyə o, bildirib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri