Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu Koroğludan nə istəyir? VİDEO

Sərdar Cəlaloğlu Koroğludan nə istəyir? VİDEO

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV YouTube kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 34-cü buraxılışının yazılı variantını təqdim edir.

Ukraynanı zibilləyən həmvətənlərimiz...

– Söhbətimizə Ukraynadan başlamaq istəyirəm. Aldığım məlumata görə, minlərlə xırda uçuş aparatı Rusiya səmasını təhdid altında saxlayacaq. Bu daha çox sülhə məcburetmə layihəsi çərçivəsində Rusiya elitasının ora-bura getməsinə mane olmaq üçündür. Bildiyiniz kimi, totalitar ölkələrdə imkanlı və vəzifəli şəxslər həmişə sadə insanları ölümə göndərib, özləri xaricdə kefə baxırlar. Ukraynanın hazırlaşdığı əməliyyat rus siyasi elitasının müharibəni hiss etməsi üçündür və təqdirəlayiq addımdır.

Ukraynanın qanlı mücadilə apardığı bir vaxtda Kiyevdə bir neçə azərbaycanlının küçəyə zibil atması ilə bağlı videomaterial yayıldı. Bir ukraynalı çəkiliş aparır, onlara mədəni şəkildə deyir ki, küçəyə zibil atmayın. Azərbaycanlılar çəkiliş aparan şəxsə müqavimət göstərirlər, onu təhqir edirlər, hətta gənclərdən biri əlindəki zibili təzədən atır və “sən bizə heç nə edə bilməzsən” deyir. Hətta onu lağa qoyur, deyir, get torpağını ruslardan qoru.

Yadımdadır, bu sözləri məcburi köçkünlük vaxtı bizə də deyirdilər.

Təəssüf, mən daha çox şəhərətrafı ərazilərdə küçələrdə, binaların qarşısında, hətta bəzən bloklarda çoxlu zibil görürəm. Küçəyə, həyətə, bloka zibil atanın ictimai şüuru yoxdur, mədəniyyəti yoxdur. Səliqəli və mədəni bir xalqın şəhərində küçəyə zibil atmağın, üstəlik, irad tutana müqavimət göstərməyin, onu təhqir etməyin isə bircə adı var: uzunqulaqlıq!

Koroğlunu tarixdən silən Sərdar Cəlaloğlu...

– Sərdar Cəlaloğlu Azərbaycanın siyasi aləmində ən maraqlı insanlardan biridir. Heç kimin danışmadığı, danışa bilmədiyi bir mühitdə onun çıxışları doğrudan da maraq doğurur. Həm də fikirlərində bir dramaturgiya var, özünə qulaq asdırmağı bacarır. Çünki savadı, məntiqi, dünyagörüşü var. Ancaq bəzən çox ifrata varır, öz çəkisinə uyğun gəlməyən söhbətlər edir. Koroğlu və Qaçaq Nəbi haqda fikirlərində də bu cür yersiz ifadələrini eşitdim. Lakin bir məqamda onunla tamam razıyam: qanunlar işləməyəndə, xalq özünə yalançı qəhrəmanlar uydurur. Biz kimisə xilaskar obrazında görməkdənsə, hüquqi, sivil cəmiyyət qurmağa fokuslanmalı, demokratik prinsiplərin dominantlığı üçün əlimizdən gələni etməliyik. Lakin Koroğlu və Qaçaq Nəbi tarixi şəxsiyyətdən çox, bir dastan, bir ədəbiyyat qəhrəmanıdır. Onlar milli Robin Qudlardır. Vaxtilə xalq sevgisi qazanıblar və igidliyin, qorxmazlığın simvolu kimi yaddaşlarda qalıblar. Onları sevmək cəmiyyətə real heç bir ziyan vermir. Onlar Sərdar Cəlaloğlunun götürdüyü imtahandan çoxdan keçiblər. Əfsanələşiblər, mifləşiblər. Üstəlik, Koroğlunun sazı da var. Dastanlara fikir versəniz, son ana qədər döyüşdən, qan tökməkdən qaçır, insanları sülhə, ədalətə çağırır. Koroğlu ilə bağlı dastanlar həm də unikal şeir nümunələri ilə zəngindir. Bu isə artıq ciddi yaradıcılıq nümunəsidir.

Bilirsiniz, söhbət əvvəldən məcrasından çıxdığı üçün gəlib Həcər Ələkbərovanın reaksiyası ilə nəticələnir. Özünü Qaçaq Nəbi ilə Həcərin kötücəsi kimi təqdim edən bu xanım bildirir ki, ulu babası Naxçıvan ərazisində dəfələrlə olub və görünür, əslən bu torpaqlardan olan Sərdar Cəlaloğlunun ulu babasını hansısa səhv üstündə cəzalandırıb, indi o, xalq qəhrəmanına qarşı belə bir mövqe seçir. Təbii, bu açıqlama məndə dodaqqaçdı yaratdı, lakin sonra düşündüm ki, əsassız söhbətlərin əsassız da cavabı olar.

Sərdar Cəlaloğlunun tarixi şəxsiyyətlər haqda çıxışları məndə Usta Zeynal təəssüratı yaradır. Deyə bilərsiniz, Mirzə Cəlil Usta Zeynalı cahillik faktı kimi yaratmışdı, Sərdar müəllim isə savadlı-intellektli biridir. Doğrudur. Lakin Usta Zeynal həm də özünə aid olmayan söhbətlərlə vaxtını yelə verən və boynuna düşən əsas işləri görməyən bir obrazdır. Sərdar bəy də bir siyasətçi və bir partiya rəhbəri kimi Azərbaycanın taleyüklü məsələlərindən danışmaqdan, iqtidara alternativ konsepsiyalar irəli sürməkdən, əlində qılınc tarixin üstünə gedir, günümüzə elə də ciddi təsir göstərməyən məsələlərdən yorulmadan danışır. Allah axırını xeyir eləsin.

Görkəmli rəssamın sahibsiz qəbri...

– Yadınızdadırsa, Xalq rəssamı, Rəssamlar Birliyinin sədri Fərhad Xəlilovun mərhum rəssam Mircavad Cavadova münasibətdə səmimi olmadığını söyləmişdim. Biz bu gün yazıçı dostumuz Ülviyyə Heydərovanın çəkdiyi bir foto ilə bu fakta canlı şahidlik edirik. Şəkil sosial şəbəkələrdə paylaşılan kimi aləm biri-birinə dəydi. Şəkildəki erməni işğalında qalan qəbirləri xatırladır. Fərhad Xəlilov isə bütün müsahibələrində Mircavad Cavadovla dostluğundan danışır. Çünki o, doğrudan da böyük rəssamdır. Lakin Fərhad Xəlilov necə dost, necə həmkardır ki, heç olmasa, ildə bir dəfə onun məzarını ziyarət etmir. Adamın bir doğum-ölüm günü yoxdurmu? Yubileyi olmurmu? Dostluq, həmkarlıq bir yana, otuz ildən artıq Rəssamlar Birliyinə rəhbərlik edən biri kimi o məzarı ziyarət eləmək Fərhad Xəlilovun vəzifə borcudur.

Bu haqda sosial şəbəkələrdə mənə mütəmadi yazan bir rəssamdan soruşdum, etika xatirinə adını çəkmədiyim adam bildirdi ki, Fərhad Xəlilov Mircavad müəllimdən sadəcə qisas alır. Bu, sovetlər zamanında vəzifələrdə olan və indi də bu və ya digər şəkildə Moskva ilə işləyən vəzifə sahiblərinin milli düşüncəli, həqiqi istedada sahib, azad sənətkarlardan aldığı qisasdır. Mən bu haqda şərh vermək istəmirəm. Sadəcə bir cümlə demək istəyirəm: o rəssamın dediyi sözlər məndə də şübhə yaradır.

90 yaşlı Əlisa Nicatın həyat imtahanı...

Son olaraq həftənin daha bir qalmaqallı hadisəsindən bəhs etmək istəyirəm. Yazıçı Əlisa Nicatın xalqla bağlı səsləndirdiyi tənqidi fikirlərdən və buna görə ona qarşı hücumlardan... Şəxsən mən xalqı Əlisa müəllimdən müdafiə etməyə qalxan insanların çoxunun səmimiyyətinə inanmıram. Əgər belədirsə, onlar xalqı sözdə yox, əməldə aşağılayanlara da qarşı çıxmalıdırlar. Müqayisədə Əlisa Nicatın bu günlərdə naşir Şahbaz Xuduoğluna verdiyi müsahibəyə baxa bilərsiniz. Orada xalqın dərdlərindən görün necə danışıb.

Zaman-zaman yaradıcı insanlar öz xalqı haqqında sərt tənqidlər, aşağılayıcı ifadələr işlədiblər. Mən bunu təqdir etmirəm, ancaq faciə də saymıram. Əlisa Nicatla bağlı problem isə tamam başqadır. 90 yaşlı qələm adamı niyə bu şəraitdə yaşayır? Ədəbiyyatdan və kitabdan milyonlar qazanan, komfort içində yaşayan, oğluna-uşağına hər cür şərait yaradan qələm adamlarının Əlisa müəllimdən nəyi artıqdır? Əgər üstün bir kəşfləri, dünyada demirəm, heç olmasa, Gürcüstanda, Türkiyədə əks-səda verən əsərləri varsa, buyurun göstərin. Hamımız ortabab yazarlarıq və biri-birimizdən istedad fərqimiz imkanlarımız qədər deyil. Birinin əlli yerdə evi var, o biri kommunal xərclərini ödəmək üçün insanlardan kömək istəyir.

Ömrünü kitaba həsr edən, azadlığı heç nəyə qurban verməyən, ağlı kəsəndən bugünəcən ürəyindən gəldiyi kimi yazıb-yaradan bir insanın yaxşı da demirəm, normal yaşamağa haqqı var axı. Lap heç Əlisa müəllimi filosof kimi də, yazıçı kimi də qəbul etmirik, 90 yaşlı bir azərbaycanlı niyə belə ağır güzəran keçirməlidir? Bəlkə, məsələyə buradan yanaşaq, yaşlı bir yazıçının hirslənərək mexaniki işlətdiyi xoşagəlməz bir ifadədən yox? İndi onun üstünə gedənlər bilməlidirlər ki, Əlisa Nicatın yaşadığı şəraitdə onlar bir həftə də yaşaya bilməzlər.

Problem bununla bitmir. Ona oxucular və dostlar kömək etmək istəyəndə, bank kartlarına tətbiq edilən məlum limit ortaya çıxdı. Təsəvvür edin, azad düşüncəsinə və tənqidi fikirlərinə görə ədəbiyyatı və mədəniyyəti idarə edən qurum və təşkilatlar, məsələn, Yazıçılar Birliyi Əlisa Nicatı dövlətin dəstəyindən məhrum edib, banklar ətrafında yaranan “dovşana qaç, tazıya tut” siyasəti isə xalqın dəstəyindən... Yaxşı ki, müraciətdən sonra Beynəlxalq Bank problemi aradan qaldırdı. Lakin bu yardımlarla da ciddi heç nə dəyişmir. Quyuya su tökmək məsələsi...

Əlisa Nicat bu xalqı sevməsə, ömrünü kitaba-yaradıcılığa həsr eləməz, ləyaqətlə yaşamaz. Onun qəzəbli çıxışlarının altında isə çox, çox, çox ciddi səbəblər var.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Avqust 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see329

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see312

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see297

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see275

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see268

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see255

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see206

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see200

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see188

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see179

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see175

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see173

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see172

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see170

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see144

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see143

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see142

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri