Sərgən Yalçın: “Millidə kollec ab havası var”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının 5-ci turunda doğma meydanda Belçikaya 1:2 hesabı ilə uduzan Türkiyə millisinin baş məşqçisi Sərgən Yalçın qarşılaşmadan sonra oyunun gedişatını dəyərləndirib.
"Yeni Sabah" xəbər verir ki, o, komandada çox yaxşı mühitin hökm sürdüyünü bildirib:
"Kiçik problemlərimiz də var. Düşünürəm ki, zamanla bu problemləri də həll edəcəyik. Bunun üçün vaxt lazımdır. Yaxşı mübarizə apardıq, oyuna yaxşı başladıq. Oyun planımızı topu yerə endirmək üzərində qurmuşduq, çünki texnikalı futbolçularımız var. Rəqibə ön xətdə pressinq etməklə başladıq və ilk 30 dəqiqədə bu, nəticə verdi. Oyuna nəzarət bizdə idi, qol da vurduq. 30-45-ci dəqiqələr arasında isə üstünlüyü rəqibə verdik. Yaxşı komandaya qarşı oynadığımızı unutmamalıyıq, rəqib yaratdığı qol imkanlarından yararlandı". Online alış-veriş
Baş məşqçi komandanın qolunu vuran Arda Gülərin oyununu xüsusi fərqləndirərək, gənc futbolçunun meydandakı liderlik roluna toxunub:
"Mübarizəmizdən və oyunun müəyyən hissələrindən razıyıq, ancaq bunu daha uzun müddət davam etdirməliyik. Bu ciddi problemi həll etmək üçün çalışacağıq. Arda möhtəşəm qol vurdu, öz keyfiyyətinə yaraşan oyun sərgilədi. Əlbəttə, Arda Gülərin üzərində böyük məsuliyyət olacaq. Çünki o, komandamızın ən yaxşı və ən vacib futbolçusudur. Mərkəzdə çıxış edir, bütün hücumlarımızı yönləndirir və bir çox problemi həll edir. Digər futbolçularımız da Arda ilə birlikdə hücumların qurulmasında bizə kömək etməlidirlər. Bundan əlavə, bəzi futbolçularımızın zədə problemləri var və onlar 100 faiz hazır deyillər. Buna görə də oyunçulardan müəyyən müddət ərzində istifadə etməyə çalışdıq."
Xatırladaq ki, İzmirdə keçirilən matçda Arda Gülərin 20-ci dəqiqədə vurduğu qolla önə keçən "ay-ulduzlular" 27-ci dəqiqədə Kevin De Bröyne və 30-cu dəqiqədə Şarl de Ketelarenin qollarına mane ola bilməyərək meydanı xalsız tərk ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















