Şərifov hansı sahələr üzrə məsul müavin olacaq? Baş nazirə müşavirliyi qudalar edir AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirinimüavini təyin olunub. Beləliklə, o 18 illik nazir karyerasını başa vurub.
Qeyd edək ki, Samir Şərifov Baş nazir Əli Əsədovun 3-cü müavini olub. Hazırda Nazirlər Kabineti sədrinin birinci müavin Yaqub Eyyubov və müavini isə Şahin Mustafayevdir.
Ötən ilin 23 sentybarında parlament seçkilərinə qatıldığına görə Prezident İlham Əliyev Əli Əhmədovu Baş nazirin müavini vəzifəsindən azad etmişdi. Görünür. S.Şərifov Ə.Əhmədovun səlahiyyətində olmuş sahələr üzrə məsul müavin olacaq.

Baş nazirin müavinlərdən başqa daha 2 müşaviri var. Bunlar Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə və Mərkəzi Bankın İdarə Heyətinin keçmiş sədri Elman Rüstəmovdur. Qeyd edək ki, müşavirələr həm də qudadırlar.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 10 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















