Icma.az
close
up
RU
Səriştəsiz müəllimləri kimlər və harada hazırlayıb?.. Konseptual sual...

Səriştəsiz müəllimləri kimlər və harada hazırlayıb?.. Konseptual sual...

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən müəllimdən yüksək ad tanımıram...” -Heydər Əliyev  

“Müəllimi nüfuzdan salan cəmiyyət, əslində, öz gələcəyini zəiflədir və böyük təhlükə altında qoyur...”

“Müəllimlər kosmosdan gəlmir. Onlar  rəsmi ali təhsil müəssisələrinin məzunlarıdır, dövlətin müəyyən etdiyi kurikulumla oxuyublar,  dövlətin qurduğu sertifikasiya və qiymətləndirmə mexanizmlərindən keçiblər,  dövlətin yaratdığı əmək və sosial mühitdə çalışırlar. Deməli, problem...”

Çağdaş Azərbaycan cəmiyyəti və özəlliklə təhsilimiz, bugünkü müəllimlərin, pedaqoqların taleyi uşaq və gənclərimizin gələcəyi üçün həddindən artıq aktuallığını və vacibliyini nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  “Müəllim nüfuzu” adlı analitik məqaləsini dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq: 

“Müəllim nüfuzunun zəifləməsi yalnız pedaqoji problem deyil. Bu, cəmiyyətin intellektual səviyyəsinə, dövlətin strateji davamlılığına və gələcək nəsillərin keyfiyyətinə təsir edən sistemli böhrandır. Müəllimi nüfuzdan salan cəmiyyət, əslində, öz gələcəyini zəiflədir və böyük təhlükə altında qoyur...

Son illərdə müəllimlərlə bağlı ictimai diskursda müşahidə etdiyimiz tendensiya düşündürücüdür: müəllim ya “problemin mənbəyi”, ya da “ictimai qınağın obyekti” kimi təqdim olunur. Halbuki sual daha dərindir: bu müəllimləri kim yetişdirib, hansı təhsil sistemi  formalaşdırıb və hansı idarəetmə mexanizmləri bu nəticəyə gətirib çıxarıb?..

Problemin kökü: fərdlər yox, təhsil sistemidir...

Bu gün tez-tez “minlərlə səriştəsiz müəllim” ifadəsi səsləndirilir. Lakin burada əsas sual budur: Azərbaycandakı səriştəsiz müəllimləri kimlər və  harada hazırlayıb?...

Müəllimlər kosmosdan gəlmir. Onlar  rəsmi ali təhsil müəssisələrinin məzunlarıdır, dövlətin müəyyən etdiyi kurikulumla oxuyublar,  dövlətin qurduğu sertifikasiya və qiymətləndirmə mexanizmlərindən keçiblər,  dövlətin yaratdığı əmək və sosial mühitdə çalışırlar.   Deməli, problem müəllimlərin fərdi keyfiyyətlərindən çox, təhsil sisteminin idarə olunması, kadr siyasəti və peşəkar inkişaf modelindədir...

Müəllim nüfuzu  necə itirildi?..

Müəllim nüfuzunun zəifləməsinin bir neçə əsas səbəbi var:

1. Hökumətin  müəllimi açıq şəkildə müdafiə etməməsi.

Müəllim ictimai hücum qarşısında tək buraxıldı. Media qalmaqalları zamanı sistem müəllimin yanında dayanmadı…

2. Qiymətləndirmənin inkişaf yox, cəza alətinə çevrilməsi.

Sertifikasiya və monitorinq müəllimi inkişaf etdirmədi, əksinə, qorxu mühitinə saldı...

3. İdarəetməyə pedaqoji yox, texnokrat yanaşma.

Təhsil canlı sistemdir, “Excel” cədvəli deyil. 

İnsan amili  nəzərə alınmadı…

4. Media–təhsil münasibətlərində etik çərçivənin olmaması.

Müəllim asan hədəfə çevrildi, müəllimlik peşəsi isə ictimai etibarını itirdi...

Bəs məsuliyyət haradadır?..

Bu sual açıq və dürüst cavab tələb edir.  Məsuliyyət  ayrı-ayrı müəllimlərin üzərində deyil, sinif otağında da deyil. Məsuliyyət təhsil siyasətini formalaşdıran, qərar qəbul edən və icra edən strukturların, təhsil menecerlərinin  üzərindədir.

Müəllimi zəiflədən sistem, özünü də zəiflədir. Çünki müəllimsiz güclü təhsil, güclü təhsilsiz isə dayanıqlı dövlət mümkün deyil...

Müəllim nüfuzunu bərpa etmək üçün nə etməliyik?..

Təklif olunan yol xəritəsi:

1. Müəllimin dövlət səviyyəsində rəsmi müdafiəsi təmin edilməlidir.

Müəllim ictimai linç obyektinə çevrilməməlidir.

2. Qiymətləndirmə sistemi inkişafyönlü olmalıdır.

Sertifikasiya cəza mexanizmi yox, peşəkar inkişaf aləti kimi işləməlidir.

3. Müəllim üçün hüquqi və psixoloji müdafiə mexanizmləri yaradılmalıdır.

4. Məktəb rəhbərliyi pedaqoji liderliyə əsaslanmalıdır.

Direktor menecer yox, lider olmalıdır…

5. Media ilə etik əməkdaşlıq modeli qurulmalıdır.

Müəllim peşəsi sensasiya predmetinə çevrilməməlidir...

6. Müəllim hazırlığı sistemi köklü şəkildə yenilənməlidir.

Ali pedaqoji təhsil real məktəb ehtiyaclarına cavab verməlidir.

7. Müəllimin sosial statusu real addımlarla yüksəldilməlidir.

Təkcə maaş yox, ictimai hörmət də təmin olunmalıdır…

8. Peşəkar inkişaf fasiləsiz və məqsədli olmalıdır.

Formal kurslar yox, real bacarıq artımı hədəflənməlidir…

9. Müəllim cəmiyyətin mədəni simvolu kimi təqdim olunmalıdır.

10. Təhsil siyasətində müəllimlə dialoq bərpa edilməlidir.

Müəllim qərarların obyektinə yox, subyektinə çevrilməlidir…

Seçim  anındayaıq…   

Bu gün biz seçim qarşısındayıq: ya müəllimi zəiflədən sistemi qoruyacağıq,  ya da müəllimi gücləndirərək təhsili və cəmiyyəti gücləndirəcəyik… 

Müəllim nüfuzunun bərpası nostalji məsələ deyil. Bu, strateji zərurətdir.  Çünki müəllimi olmayan cəmiyyətin gələcəyi də  olmur…  

Dosent İlham Əhmədov”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri